Kreml Sarayında MDBMİ-nin yubileyi münasibətilə təntənəli gecə
16.10.2014 [09:40]
Xəbər verdiyimiz kimi, Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının II Beynəlxalq Forumu keçirilib. Universitetin yubileyinə həsr olunmuş tədbirdə dünyanın 50-dən çox ölkəsindən mindən yuxarı məzun - tanınmış dövlət və ictimai xadimlər, görkəmli iş adamları, akademik dairələrin nümayəndələri bir araya gəliblər. MDBMİ-nin görkəmli məzunlarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir.
Oktyabrın 14-də Kreml Sarayında bu adlı-sanlı ali məktəbin yubileyi münasibətilə konsert olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ-nin Azərbaycan Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva tədbirdə iştirak edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın MDBMİ məzunlarından ibarət mötəbər nümayəndə heyəti də Kreml Sarayında olub.
Təbrik nitqi ilə Forum iştirakçılarına müraciət edən Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, dünyada münaqişə potensialının artdığı, köhnə ziddiyyətlərin kəskinləşdiyi, yeni böhranların yarandığı bir vaxtda MDBMİ məzunları bu ali təhsil ocağında öyrətdikləri kimi, öz işini mükəmməl bilərək, savadlı, səmərəli və ləyaqətlə fəaliyyət göstərirlər. Vladimir Putin deyib: “Siz fundamental və dərin biliklərə məhz universitet divarları arasında yiyələnmisiniz. Bu da ən mürəkkəb danışıqları səmərəli aparmağa və həmişə zirvədə olmağa imkan verir”.
Universitetin rektoru Anatoli Torkunov vurğulayıb ki, Forum 2013-cü ildə Bakıda başlanan ənənənin davamıdır. O vaxt Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə MDBMİ məzunlarının birinci Forumu keçirilib. Rektor Forum iştirakçılarına universitetin son illərdə qazandığı uğurlardan - yeni müasir tədris korpusunun açılmasından, yeni fakültə və kafedraların yaradılmasından, MDBMİ Məzunları Assosiasiyasının və İnkişaf Fondunun fəaliyyətinin modernləşdirilməsindən söz açıb. A.Torkunov deyib: “Hazırda MDBMİ universitet statusu daşıyır, onun məzunları isə təkcə diplomatiyada deyil, həm də humanitar elmlər, biznes, jurnalistika və hətta kəşfiyyat sahələrində müvəffəqiyyət qazanırlar. Moskvaya səfər edən xarici siyasətçilərin çoxu universitetdə çıxış etmək fürsətini əldən vermir. MDBMİ-də dünyanın hər hansı digər ali məktəbindən daha çox - 54 dil tədris olunur”.
Rəsmi hissədən sonra Rusiya və xarici estrada ulduzlarının iştirakı ilə qala-konsert olub. MDBMİ-nin yaradılması və inkişafı tarixini əks etdirən film nümayiş etdirilib.
Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Rusiyanın digər tanınmış siyasi və ictimai xadimləri təntənəli gecənin qonaqları arasında olublar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

