/ / Siyavuş Novruzov: Xaricilər hansı havanı çalırsa, Əli Kərimli və ətrafındakılar o havanı oynayır
Siyavuş Novruzov: Xaricilər hansı havanı çalırsa, Əli Kərimli və ətrafındakılar o havanı oynayır
31.10.2014 [10:03]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət düşərgəsindəki istefaları şərh edib. O, Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasında başqan seçkisindən sonra yaranan gərginliyin və AXCP-dəki kütləvi istefaların səbəbinə aydınlıq gətirib.
“Müsavat”ın taleyi şübhə altındadır”
S.Novruzov qeyd edib ki, Müsavat Partiyası qurultaydan sonra tamam acınacaqlı vəziyyətə düşüb: “Partiyanın rayon təşkilatları istefa verib, strukturlarını formalaşdırmaq mümkün deyil, insanlar ədalətsiz keçirilən saxta seçkilərə etiraz edir. Partiya daxilində seçki keçirə bilmədikləri halda parlament seçkilərində yalandan saxtakarlıq edildiyi barədə qışqırmaları bir daha sübut etdi ki, bunlar ömrü boyu məğlub olublar və məğlubiyyətlərini də müxtəlif vasitələrlə gizlədirlər. O baxımdan, “Müsavat”ın taleyi şübhə altındadır. Partiyada yenidən qurultay keçirilməlidir, rayon və şəhər təşkilatlarında ədalətli seçim olmalıdır, sonradan strukturlar formalaşmalıdır, əks halda “Müsavat” daxilində 2-ci, 3-cü partiyalar yaranacaq. Bu partiyalar ayrı-ayrılıqda müstəqil şəkildə fəaliyyət göstərməyə başlayacaqlar”.
“İsa Qəmbər açıq şəkildə Adil Əliyevə uduzmuşdu”
YAP İcra katibinin müavini əlavə edib ki, partiyanın lideri İsa Qəmbər indiyədək iştirak etdiyi bütün parlament və prezident seçkilərində rəqiblərinə uduzub: “O, ilkin vaxtlarda uduzduqdan sonra geri çəkilməli idi. Lakin müxtəlif bəhanələrlə özünü sığortalamağa çalışdı. Parlament seçkilərində namizədliyini Nərimanov seçki dairəsindən irəli sürəndə bütün ATƏT nümayəndələri məntəqələrdə oturmuşdu. Açıq şəkildə İsa Qəmbər Adil Əliyevə uduzdu. İsa Qəmbər tükənmiş bir insandır, onun heç bir perspektivi yoxdur”.
“AXCP seçkilərdə başqa təşkilatın yedəyinə çevrilir”
AXCP-dəki istefalara gəlincə, S.Novruzov qeyd edib ki, sözügedən partiyanın gələcəyi yoxdur: “Gah “Milli şura”ya, gah başqa təşkilatlara qoşuldu. Partiyanın perspektivi olmayanda həmişə axtarışda olur. O baxımdan, AXCP-də olanlar da artıq görür ki, o cür rəhbərlik və təmsilçiliklə heç də irəli gedə bilməyəcəklər və parçalanacaqlar. Ona görə də, rayon və şəhər təşkilatları istefa verir. Bir vaxtlar AXCP seçkilərdə Etibar Məmmədovun namizədliyini dəstəklədi, sonra parlament seçkilərində hansısa partiyanın yedəyinə çevrildi. Çünki orada partiyanı idarə edə biləcək nüfuzlu şəxslər yoxdur. Olanlar çıxıb getdi və özlərinə başqa-başqa partiya yaratdılar və gördülər ki, bu rəhbərliklə orada işləmək qeyri-mümkündür”.
“Əli Kərimli cangüdənləri, sürücüsündən ibarət heyət düzəldib”
Onun sözlərinə görə, AXCP sədri partiyada xüsusi heyət formalaşdırıb: “Əli Kərimli özünə cangüdənləri, sürücüsü, qapıda duran adamlardan ibarət heyət düzəldib. Təbii ki, bu heyət də partiyada qəbul olunmur. Bunlar açıq-aşkar görürlər ki, Əli Kərimli xaricdən bu və ya digər yollarla kifayət qədər maliyyə alaraq ancaq ermənipərəst qüvvələri dəstəkləməklə məşğuldur. Xaricilər hansı havanı çalırsa, Əli Kərimli və ətrafındakılar o havanı oynayır. Əli Kərimli partiyanı gəlir mənbəyinə çevirib və ancaq özünün təminatı ilə məşğuldur. Onların da arasında az-çox dövlətini, xalqını istəyən adamlar var. Onlar Əli Kərimlinin xain siyasətinə etiraz olaraq uzaqlaşmağa başlayıblar”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

