/ / Professor Nərgiz Paşayeva: İngiltərə-Azərbaycan Cəmiyyətinin məqsədi hər iki ölkənin vətəndaş cəmiyyətinin yaxınlaşmasına kömək etməkdir
Professor Nərgiz Paşayeva: İngiltərə-Azərbaycan Cəmiyyətinin məqsədi hər iki ölkənin vətəndaş cəmiyyətinin yaxınlaşmasına kömək etməkdir
01.11.2014 [12:51]
Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüş keçirilib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb.
Londonun “Royal Garden” otelinin tədbirlər zalında keçirilən ənənəvi illik yığıncaqda, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə, “bp” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Tədbiri açan Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri Lord German qurumun fəaliyyəti, cari il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Təşkilatın fəaliyyətini dəstəkləyən hər kəsə minnətdarlığını bildirən Lord German həmsədri olduğu Cəmiyyətin bundan sonra da iki ölkə arasında mədəni-humanitar və işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində səylərini daha da artıracağını qeyd edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olmaqdan şərəf duyduğunu bildirən Lord German, Nərgiz xanımla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.
Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq, tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib. Cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin unudulmaz olduğunu bildirən N.Paşayeva yeni həmsədr Lord Germanın da səylərinin cəmiyyəti xüsusilə xeyriyyə, mədəniyyət və təhsil sahəsində gələcək uğurlara aparacağına əminliyini söyləyib.
Professor Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin nailiyyətləri sayəsində qazanılan nüfuzun qurumun əsas qürur mənbəyi olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ən yaxşı göstərici olan zaman hər iki ölkə vətəndaşlarının inamının qazanıla biləcəyini sübut edib.
Azərbaycan və Britaniyanın gözəl ölkələr olduğunu diqqətə çatdıran professor, bu ölkələri gözəlləşdirən ən vacib amillərdən birinin insanlar olduğunu vurğulayıb. Belə insanlar gələcəyimizin zəmanətidir. Son iyirmi il ərzində xalqlarımızın bir-birilərini kifayət qədər tanıdıqlarını diqqətə çatdıran həmsədr, daha çox tanımağın və öyrənməyin əhəmiyyətini vurğulayıb. Nərgiz Paşayeva deyib: “Keçmiş təcrübələrimizin xalqlarımız arasındakı əlaqələri yeni mərhələyə daşıyacağından əminəm”.
Çıxışına Azərbaycan dilində davam edən Nərgiz Paşayeva ana dilimizdə danışmağın əhəmiyyətini vurğulayaraq, Azərbaycan dilini dünyanın hər tərəfində təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.
Qeyd edilib ki, son iyirmi il ərzində Azərbaycandan 5 minə yaxın tələbə Britaniyada təhsil alıb. Bu, Azərbaycan ilə Birləşmiş Krallıq arasında vətəndaş cəmiyyətlərinin yaxınlaşmasında böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasındakı vətəndaş cəmiyyətlərinin bir-birilərinə yaxınlaşması İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədlərindəndir.
Tarixə nəzər salan professor Azərbaycanın ən böyük nailiyyətinin onun müstəqilliyini yenidən bərpa etməsi olduğunu qeyd edib. Nərgiz Paşayeva bildirib: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan ilə Britaniya arasında əlaqələr genişlənib və iki ölkə arasında İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstərir”.
Professor xalqlarımız arasındakı oxşarlıqlardan bəhs edərək, hər iki xalqın dostluğu, səmimiyyəti və yumoru sevdiyini bildirib.
Çıxışının sonunda Nərgiz Paşayeva Azərbaycan dilini öyrənməyə həvəsi olan Cəmiyyətin həmsədri Lord Germana ölkəmizin tarixi və memarlığından bəhs edən “Azərbaycanın sehrli abidələri” adlı kitab hədiyyə edib.
“bp”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell təmsil etdiyi şirkətin fəaliyyəti, uğurları və gələcək planları haqqında məlumat verib, “bp”-nin Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafını dəstəklədiyini bildirib.
Azərbaycanın İngiltərədəki səfiri Tahir Tağızadə Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından bəhs edib, Birləşmiş Krallığın Azərbaycanın hərtərəfli inkişafını dəstəklədiyini diqqətə çatdırıb.
T.Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Diplomat səfirliyin Cəmiyyətin bundan sonrakı fəaliyyətinə hərtərəfli dəstək verəcəyini bildirib.
Tədbir çərçivəsində gənc azərbaycanlı skripka ustası Nəzrin Rəşidova və pianoçu Murad Adıgözəlzadə Azərbaycan və dünya musiqi klassiklərinin əsərlərindən parçalar ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

