Azərbaycan beynəlxalq humanitar təşkilatlarla əməkdaşlığı davam etdirməkdə maraqlıdır
26.11.2014 [09:49]
Noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin baş direktoru Mirəhməd Musəvi ilə görüşüb.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verən Mirəhməd Musəvi deyib ki, İranın Qızıl Aypara Cəmiyyəti, həmçinin Asiya, Afrika və Latın Amerikası ölkələrində fəaliyyət göstərir və bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən baş direktor 1990-cı illərin əvvəllərində 14 ay ərzində Azərbaycanda fəaliyyət göstərdiklərini xatırlayıb.
Bildirilib ki, Cəmiyyətin tibbi ləvazimat və dərman preparatları istehsal edən zavodları ilə yanaşı, 32 təhsil müəssisəsi də fəaliyyət göstərir. Həmin zavodlarda istehsal olunan məhsullar həm satışa çıxarılır, həm də yardım kimi istifadə olunur.
Azərbaycan və İran xalqlarının tarixi yaxınlığından danışan Mirəhməd Musəvi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib və ümidvar olduğunu bildirib ki, Baş nazirin müavini Əli Həsənovun İrana səfəri bu məsələnin həllinə kömək edəcək.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Əli Həsənov deyib ki, tarixən heç bir xalqın torpağında gözümüz olmayıb, əksinə həmişə biz xarici müdaxilələrdən əziyyət çəkmişik. Erməni dövləti də tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ölkəmiz müstəqilliyinin ilk illərində dərin böhranla qarşılaşmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz ərazimiz işğal olundu. Bu səbəbdən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi. Lakin Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması vəziyyəti əsaslı şəkildə dəyişdi. Azərbaycanda ictimai-siyasi sabitlik yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da irəliyə apararaq ölkənin sosial-iqtisadi inkişafını təmin etdi. Hazırda Azərbaycanın böyük maliyyə imkanları var. BMT-nin hesabatlarında Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkə kimi göstərilib. Lakin bu, o demək deyil ki, biz beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq etməyəcəyik. Əksinə, bu əməkdaşlığın davam etdirilməsi tərəflər üçün çox faydalı olardı.
İran-Azərbaycan münasibətlərinə toxunan Əli Həsənov əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin zəruri olduğunu nəzərə çatdırıb və Mirəhməd Musəvini Azərbaycana səfərə dəvət edib.
Görüşdə səhiyyə və tədris sahələrində qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

