Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fövqəladə Hallar Nazirliyində görüş

Fövqəladə Hallar Nazirliyində görüş

28.11.2014 [09:49]

Noyabrın 27-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşılıqlı rəsmi səfərləri çərçivəsində aparılmış danışıqların və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.
Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən işlərində təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olub.
İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 839 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31