Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Bu, növbəti ədalətsizlikdir

Siyavuş Novruzov: Bu, növbəti ədalətsizlikdir

04.12.2014 [10:23]

ABŞ Konqresində qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin spikeri Aşot Qulyanın iştirakı ilə separatçı rejimin elan etdiyi qondarma respublikanın 23 illiyi “qeyd olunub”. Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az-a açıqlamasında belə bir addımın atılmasının yolverilməz olduğunu söyləyib: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu səbəbdən mütləq bu cür məsələlərdə obyektivliyi təmin etməlidir. Çünki Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb. ABŞ da bunu dəfələrlə dəstəkləyib. O cümlədən Avropada da Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar müxtəlif qətnamələr qəbul olunub. Bütün bunlara məhəl qoyulmadan ABŞ Konqresində belə bir tədbirin keçirilməsi bilavasitə erməni lobbisinin təsirinin nəticəsidir. Təbii ki, bunu oradakı ermənipərəst konqresmenlərin təşkil etdiyi tədbir kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu, qəti şəkildə yolverilməzdir. Bu, həm Konqres, həm də bir qrup konqresmen tərəfindən növbəti bir ədalətsizlikdir. Bu, həm də dövlətin apardığı siyasətin əleyhinə atılan addımdır”.

Paylaş:
Baxılıb: 711 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31