Azərbaycanın müstəqilliyi Prezident İlham Əliyevin əsas prioriteti və şərəf işidir
23.12.2014 [10:20]
Kommersant.ru saytında Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımovla müsahibə dərc olunub. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.
* * *
Başa çatmaqda olan ildə Rusiya-Azərbaycan münasibətlərinə yeni təkan verilib. Hər iki tərəfin rəsmi nümayəndələrinin çoxsaylı ikitərəfli görüşləri zamanı imzalanmış bir sıra sənədlər bunu söyləməyə əsas verir. Məsələn, bu ilin əvvəlində Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Bakıda rəsmi səfərdə olub, Azərbaycan Respublikasının Prezidenti onu qəbul edib. Baş konsulun fikrincə, bu görüşün yekunu olaraq nəqliyyat və ağır maşınqayırma sahələrində sazişlər imzalanıb, Sverdlovsk vilayətində kənd təsərrüfatı məhsullarının qəbulu və bölüşdürülməsi üzrə birgə logistik mərkəz yaradılıb. Gələn il Yekaterinburqda hökumətlərarası komissiyanın iclası və ikitərəfli iqtisadi forum keçiriləcək. Bu tədbirlər sayəsində həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar qazanıb.
Baş konsul ilə sonuncu görüşümüzdən keçən müddətdə onun ofisində səmimi şərait dəyişməyib, burada qonaqlara təklif edilən ətirli çay və ləzzətli şirniyyatlar isə bayırda şaxtalı Ural havasına baxmayaraq xoş bir hərarət hissi yaradır.
- Bir il əvvəl Bakıda oldum. Açıq deyim ki, bu gün şəhərinizin müasir, gözəl və dinamik inkişaf etməkdə olan meqapolisə çevrilməsi məni yaxşı mənada heyrətləndirdi. Yerli sakinlərin mənimlə normal rus dilində danışmaları məni xüsusilə ruhlandırdı. Həmsöhbətlərimin hamısı bir nəfər kimi qeyd etdi ki, Azərbaycanın qonşu ölkələrlə, xüsusən Rusiya ilə mehriban münasibətləri sizin Prezidentin xidmətidir. İnsanlar Onun şəxsiyyətinə səmimi hörmət bəsləyir. Xahiş edirəm, deyin, Yekaterinburqda mənim bu təəssüratlarım həqiqətə nə dərəcədə uyğundur?
- Özünüz öz sualınıza cavab verdiniz. Əvvələn, sizin indi gördüyünüz və tanıdığınız müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əlirza oğlu Əliyev misilsiz rol oynayıb. Azərbaycan xalqı yaxşı xatırlayır ki, Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı. O, əsl vətənpərvər, həmişə və hər işdə Öz ölkəsinin mənafelərinə sadiq insan idi. Bir azərbaycanlı kimi bunu demək mənə xoşdur ki, Prezident İlham Əliyev bu fəaliyyət kursunun tamhüquqlu varisidir. Xalqımızın dəstəyi və ölçülüb-biçilmiş siyasət sayəsində ölkənin davamlı inkişafı təmin olunub. Azərbaycan bütün sahələrdə rekord sürətlə inkişaf edən ölkəyə çevrilib.
Bu inkişafa elə təkan verilib ki, bu gün Azərbaycan regionda lider ölkədir. Bizim ölkəmizlə hesablaşmağa başlayıblar. İnamla demək olar ki, Azərbaycanın müstəqilliyi Prezident İlham Əliyevin əsas prioriteti və şərəf işidir.
Region iqtisadiyyatının, demək olar ki, 80 faizi məhz Azərbaycanda formalaşır. Mühüm iqtisadi göstəricilərin çoxu buna sübutdur: 10 ildə ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, iş yerlərinin sayı daim artır, davamlı ərzaq təhlükəsizliyi və valyuta ehtiyatlarının müsbət dinamikası təmin olunub. Ölkə kosmik klubun üzvü olub. İnsan hüquqları ilə bağlı iki milli konsepsiya qəbul edilib. İnternetdən istifadə azadlığı təmin edilib, medianın dəstəklənməsi üçün milyonlarla manat vəsait ayrılıb. Gələn il Azərbaycanda Birinci Avropa Oyunlarının və “Formula-1” yarışları üzrə Avropa Qran-Prisi mərhələsinin keçirilməsinə fəal hazırlıq görülür. Bir sözlə, bizim səylərimizin əsas istiqaməti quruculuqdur. Azərbaycanın bəlkə də yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.
- Azərbaycan beynəlxalq arenada özünü güclü müstəqil dövlət kimi təqdim edir. Sizin ölkənin rəhbərliyinin bütün dövlətlərlə qarşılıqlı faydalı, mehriban qonşuluq münasibətləri yaratmaq səylərini görməmək olmaz. Sizin fikrinizcə, bu gün Rusiyanın düşdüyü vəziyyət ölkələrimizin münasibətlərində bu siyasətin gerçəkləşməsinə hansı formadasa təsir edibmi?
- Əvvələn, Prezident İlham Əliyevin təbirincə desək, biz müstəqil siyasət yürüdürük. Heç bir kənar qüvvə bizim iradəmizə təsir göstərə bilməz. Biz kiminsə diktəsi ilə heç nə etmirik və etməyəcəyik.
İkincisi, biz Rusiyaya, rus xalqına həmişə hörmət bəsləmişik. Rusiya bizim mehriban qonşumuz, strateji tərəfdaşımız və yaxşı dostumuzdur, ölkələrimiz arasında səmimi dostluq münasibətləri var. Biz həmişə buna çalışacağıq. Biz inkişaf edirik, dövlətlərimizin rəhbərləri tez-tez görüşür, ünsiyyət saxlayır, fəal siyasi dialoq aparırlar, bunun sayəsində ölkələrimiz arasında həll edilməmiş məsələlər və problemlər yoxdur.
- Siz bu gün Rusiya ilə Azərbaycanın əməkdaşlığını necə görürsünüz?
- Bu, ilk növbədə, enerji ehtiyatları sahəsində əməkdaşlıqdır. Lakin bu gün fəal surətdə həyata keçirilən məqsədlərə uyğun olaraq, milli iqtisadiyyatın şaxələndirilməsi barədə danışırıq, son zamanlar bütün başqa sahələrdə, məsələn, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənir. Azərbaycandan Rusiya bazarına göndərilən kənd təsərrüfatı məhsullarının həcmi daim artır. Bundan əlavə, fikrimizcə, turizm sahəsində yaxşı perspektivlər var. Məsələn, Bakıda olarkən Rusiyadan Azərbaycana gələn turistlərin sayının ilbəil artmasını müşahidə edirəm. Bu, təkcə rahat aeroportların və məşhur otel brendlərinin mövcudluğu ilə deyil, həm də dil baryerinin olmaması, əlverişli iqlim şəraiti, dəniz, əvvəllər bizim ölkə üçün təsəvvürə gəlməyən qış turizminin sürətlə inkişaf etməsi və əlbəttə, ənənəvi səmimi qonaqpərvərliklə bağlıdır.
- Məlumdur ki, Azərbaycanda Rus İcması Cənubi Qafqazda sayca ən böyük Rus İcmasıdır. Belə demək olarmı ki, bu fakt rusların həmin ölkədə rahat yaşamasını birbaşa sübut edir?
- Zənnimcə, məhz belə demək lazımdır. Azərbaycanda rus icmasının 120 mindən çox üzvü var və o, həqiqətən Qafqazda ən böyük icmadır. Bizim Prezident son müsahibələrinin birində qeyd edib ki, bu insanlar beynəlxalq aləmdə Azərbaycanı ləyaqətlə təmsil edir və ölkənin inkişafına böyük töhfə verirlər. Bizim mədəniyyətlərin qarşılıqlı qaynayıb-qarışması çox böyük əhəmiyyət kəsb edir.
Bakıdakı Rus Dram Teatrının yaradılmasından 90 ildən çox keçir. Azərbaycanın hər bir vətəndaşı rus dilində təhsil almaq imkanına malikdir. Bizdə 300-dən çox məktəb belə bir imkan təqdim edir. Azərbaycanda Moskva Dövlət Universitetinin fundamental filialı, ali məktəblər üçün rusdilli müəllimlər hazırlayan Slavyan Universiteti fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycandakı dövlət ali məktəblərinin hamısında rus dilində oxumaq olar. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, bizim xalqımız mədəni-humanitar, insani münasibətlər yolunu seçib.
Arzu edənlərin hamısını qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkəmizə dəvət edirəm.
Arayış: Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğu cəmi beş il bundan əvvəl açılıb. Bu müddətdə konsulluğun işinin nəticələri göstərir ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı Azərbaycanın dövlət siyasətində prioritet məsələdir. Bu ölkənin maraqları Yekaterinburqda geniş təmsil olunub - Uralda Azərbaycan diasporu ən çoxsaylı diasporlardan biridir. Milli hava yolları şirkəti Uralın və Azərbaycanın paytaxtları arasında mütəmadi birbaşa aviareyslər yerinə yetirir, Yekaterinburqda Azərbaycan Beynəlxalq Bankının nümayəndəliyi işləyir, mədəni və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. Sverdlovsk televiziyasında artıq beşinci ildir ki, “Azərbaycana gedən yol” adlı televiziya proqramı efirə çıxır. Azərbaycanın hüdudlarından kənarda müəyyən mənada yeganə olan bu proqramda vilayət sakinlərinə Azərbaycan, onun mədəniyyəti, tarixi və ənənələri barədə məlumat verilir. Nüfuzlu “TEFİ-Region-2014” televiziya müsabiqəsinin münsiflər heyəti yaxın vaxtlarda həmin proqramı “Ənənələrə sadiqliyə görə” mükafatına layiq görüb. Bundan əlavə, Yekaterinburqdakı Kitabxana Mərkəzində daimi nümayiş etdirilən “Azərbaycan Respublikası” ekspozisiyası yaradılıb. Bu ekspozisiyanı Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi dəstəkləyir. Ural Federal Universitetində isə Azərbaycanın öyrənilməsi mərkəzi yaradılıb, arzu edən hər kəs həmin mərkəzdə bu ölkənin inkişafının əsas mərhələlərini araşdıra bilər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

