Qırğızıstanda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib
24.01.2015 [09:08]
Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Qırğızıstan Xalqları Assambleyasında (QXA) Qanlı Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Qırğızıstan Prezidenti Aparatının, Hökumətin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirdən əvvəl 20 Yanvar faciəsini əks etdirən fotosərgiyə baxış keçirilib, iştirakçılara bu haqda məlumatlar toplusu təqdim edilib. Məraksimdə 20 Yanvar faciəsindən bəhs edən “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, 20 Yanvar faciəsi yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vandlizmdir. Səfir bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilib, bir gecənin içərisində xüsusi qəddarlıqla görünməyən vəhşiliklər törədilib.
Diplomat deyib ki, Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək cinayətkarların məsuliyyətə cəlb olunmalarını tələb edib və bu məsuliyyəti bilavasitə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun daşıdığını söyləyib.
H.Orucov qeyd edib ki, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxıb. Şəhidlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını veriblər, bu isə əsl qəhrəmanlıqdır. Diplomat bildirib ki, 20 Yanvarda Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da əyilmədi, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut etdi.
Qırğızıstan Prezidenti Aparatının etnik, dini siyasət və vətəndaşlarla iş üzrə şöbəsinin müdiri Mira Karıbayeva, Türkiyənin bu ölkədəki səfiri Mətin Kılıç, Qırğızıstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balcı, Xalq yazıçısı Mar Bayciyev, Qırğız Xalqı Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov, Qırğızstandakı tatar diasporasının üzvü Xariz Turna, həkim Akif Rəfibəyov və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıb, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyib, başda M.Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərini ittiham ediblər.
H.Orucov tədbiri yekunlaşdıraraq qeyd edib ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli və həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir yerində belə faciələr baş verməsin.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

