Siyavuş Novruzov: Avropa Parlamenti antiazərbaycan fəaliyyəti ilə məşğul olur
06.02.2015 [09:52]
“Avropa Parlamentində ayrı-ayrı qruplar var ki, bu gün antiazərbaycan fəaliyyəti ilə məşğul olur. Bunun da səbəbi odur ki, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda gedən islahatlar, Azərbaycanın beynəlxalq layihələrin həyata keçirilməsində mövqeyi, rolu, Azərbaycanda keçiriləcək böyük beynəlxalq tədbirlər və ictimai-siyasi sabitlik bir çox ölkələri narahat edir”. Bunu Trend-ə açıqlamasında Avropa Parlamentində Azərbaycana qarşı arayışın hazırlanması məsələsini şərh edərkən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, həmçinin Azərbaycanın gətirdiyi gəlirlər və bu gəlirlərin düzgün olaraq infrastruktura sərf olunması, insan kapitalına çevrilməsi təbii ki, bəzi ölkələri narahat edir və onların da parlamentariləri bəzi qüvvələrə, xüsusilə, erməni lobbisinə, ayrı-ayrı dairələrə xidmət edərək istənilən anda Azərbaycana qarşı müxtəlif sanksiyaların tətbiq olunması üçün cəhdlər göstərirlər, bəyanatlar verirlər: “Bu da bizim üçün aydın olan məsələdir ki, o qruplara daxil olan insanlar artıq çoxdandır ki, həm Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, həm də Azərbaycanda insan hüquqları və digər məsələlərlə bağlı qərəzli, Azərbaycandakı real vəziyyəti əks etdirməyən mövqe nümayiş etdirirlər. Fikir verirsinizə, son dövrdə Avropa Parlamentində mütəmadi olaraq ancaq Azərbaycan məsələsi müzakirə olunur. Götürək Ermənistanda və Gürcüstanda insan hüquqları ilə bağlı vəziyyəti. Orada dövlət və hökumət rəhbərləri həbs olunub və yaxud onlara qarşı cinayət işi qaldırılıb. Lakin bu, bir dəfə də olsun Avropa Parlamentində müzakirə obyekti olmayıb. Ermənistanda insan hüquqları kobud şəkildə pozulur, hərbi xunta hökm sürür, amma bu, Avropa Parlamentini maraqlandırmır”.
Deputatın sözlərinə görə, bu da sırf ona görədir ki, müəyyən dövlətlər Azərbaycana təzyiq göstərməklə onun təbii sərvətlərindən güzəştli şəkildə istifadə etməyə cəhd göstərir və hesab edirlər ki, bu yolla Azərbaycana təsir edə bilərlər: “Ancaq onlar yanılırlar. Azərbaycanın tutduğu yol var və Azərbaycan da bu yoldan geri çəkilməyəcək”.
Xəbər lenti
Hamısına baxSosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39

