/ / Misir qəzetində Azərbaycan Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinə dair nazirlər görüşündə iştirakı haqqında məqalə dərc edilib
Misir qəzetində Azərbaycan Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinə dair nazirlər görüşündə iştirakı haqqında məqalə dərc edilib
18.02.2015 [11:28]
Misirdə elektron formatda çıxan “Şbabalnil” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 12-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirakına həsr edilmiş məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı bu görüşün keçirilməsindən məmnun olduğunu bildirib, çünki bu il Cənub Qaz Dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi başlanır.
Azərbaycan Prezidenti iclas iştirakçılarına Azərbaycanın qısa müddətdə uğurla həyata keçirdiyi enerji layihələri və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş “Cənub Qaz Dəhlizi” layihəsinin yaranması tarixi barədə ətraflı məlumat verib. Qəzet Azərbaycan Prezidentinin çıxışından bu sözləri sitat gətirir: “2011-ci ildə mənimlə Avropa Komissiyasının sədri cənab Barrozu arasında Bakıda Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı. Bu sənəddə Azərbaycan Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir”.
Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, TANAP Transatlantik qaz kəmərinin və Avropaya əsas ixrac marşrutu kimi seçilmiş TAP-Transadriatik boru kəmərinin inşa edilməsi ilə əlaqədar sazişlərin imzalanması Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi yolunda mühüm mərhələ olub. 2014-cü il sentyabrın 20-də isə Bakıda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirilib.
Qəzetdə qeyd edilir ki, Azərbaycan Prezidenti neft-qaz layihələrinin həyata keçirilməsi sahəsində qazanılmış uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “bp” şirkəti arasında sıx əməkdaşlığın mühüm rolunu da vurğulayaraq bildirib ki, “Şahdəniz” yatağı Cənub Qaz Dəhlizi üçün resurs bazasıdır. Prezident qeyd edib ki, Azərbaycanda qaz ehtiyatlarının təsdiqlənmiş həcmi 2,5 trilyon kubmetrdən çoxdur. İlham Əliyev deyib ki, bu layihənin həyata keçirilməsi üçün istehsalçı, istehlakçı və tranzit ölkələrin hamısının səylərinin əlaqələndirilməsi əməkdaşlığın mühüm elementidir.
Azərbaycan dövlətinin başçısı deyib: “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq”.
Məqalədə daha sonra Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviçin çıxışından sitatlar gətirilir. M.Şevçoviç Avropa İttifaqında enerji birliyi qurulması ilə məşğul olduğunu vurğulayaraq göstərib ki, Avropa İttifaqı qitənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün enerji mənbələrinin və marşrutların şaxələndirilməsində maraqlıdır və mütəxəssislərin hesablamalarına görə, gələcəkdə Avropa İttifaqı tərəfindən idxal ediləcək qazın həcmi 84 faizə, neftin həcmi isə 94 faizə çatacaq.
Xəbər lenti
Hamısına baxGündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20

