Cenevrədə Azərbaycan multikulturalizmindən bəhs edən seminar keçirilib
30.03.2015 [09:31]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin təşəbbüsü ilə İsveçrənin Frayburq Universiteti nəzdində fəaliyyət göstərən Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda seminar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru, professor Azad Məmmədov, Federalizm İnstitutunun nümayəndəsi professor Eva-Maria Belser, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Filip Lefort, Frayburq Universitetinin hüquqşunası, professor Daniel Vorner və başqaları məruzə ilə çıxış ediblər.
Azad Məmmədov Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən, Azərbaycan multikulturalizmi modelindən və bu modelin dünyaya tanıdılmasından ətraflı söhbət açıb. O, “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin universitetlərində tədris olunmasından bəhs edib və növbəti semestrdən etibarən İsveçrənin Frayburq Universitetində də tədris olunacağını vurğulayıb. İcraçı direktor bildirib ki, “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr tədris müddətində Azərbaycan ictimai-fəlsəfi fikir tarixində yer alan tolerantlıq, multikulturalizm ideyaları ilə, müasir dövrdə Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən fəaliyyətlə tanış olacaq, multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini daha dərindən anlayacaqlar. A.Məmmədovun çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və bu səbəbdən icraçı direktor növbəti gün ayrıca olaraq Frayburq Universitetinin sosial elmlər kafedrasının professor-müəllim heyəti ilə görüşə dəvət olunub.
Görüşdə Azad Məmmədov Azərbaycan Respublikasının multikulturalizmi özünün dövlət siyasəti kimi bəyan etməsindən, Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü işdən, ölkə başçısının bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanda əldə olunan əlverişli multikultural və tolerant mühitdən danışıb.
Görüşün sonunda Azərbaycan multikulturalizmindən bəhs edən kitabın İsveçrədə nəşr olunması qərara alınıb və bu kitabın giriş hissəsinin yazılması A.Məmmədova təklif edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24

