/ / Azərbaycan Milli Məclisinin sədri Tokioda Yaponiya parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri Tokioda Yaponiya parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
24.04.2015 [10:07]
Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Yaponiyada rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti aprelin 22-də Yaponiya Parlamentinin Nümayəndələr Palatasının sədri Tadomori Oşima ilə görüşüb.
Azərbaycan Milli Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirən Nümayəndələr Palatasının sədri T.Oşima bu vəzifəyə yeni seçildiyini deyib. Qeyd edib ki, Azərbaycan nümayəndə heyəti onun bu vəzifədə qarşıladığı ilk qonaqlardır. T.Oşima vurğulayıb ki, parlament əlaqələri iki dövlət arasında əməkdaşlığın inkişafında mühüm rola malikdir. “Azərbaycan Qafqaz regionunun ən güclü dövlətidir. Biz sizin müstəqil siyasət xəttinizi dəstəkləyir və yüksək qiymətləndiririk. Sizin ölkə zəngin təbii sərvətlərə malik olsa da, onlardan asılılığı aradan qaldırmaq xətti yürüdür və buna nail ola bilirsiniz. Azərbaycan gərgin geopolitik məkanda yerləşməsinə baxmayaraq, uğurlu siyasət yürütməyi bacarır”, - deyə Nümayəndələr Palatasının sədri bildirib.
T.Oşima ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib. Bildirib ki, bizim vəzifəmiz iki ölkə arasında əməkdaşlığın inkişafına hərtərəfli yardım etmək, sıx işgüzar əlaqələr qurmaqdır.
Milli Məclisin sədri Oqtay Əsədov, öz növbəsində, T.Oşimanı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ilk iş günüdə vaxt tapıb Azərbaycan nümayəndə heyəti ilə görüşdüyünə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan-Yaponiya dövlətlərarası münasibətləri zəngin tarixə malikdir və yüksək səviyyədədir. Qarşılıqlı əlaqələrin ardıcıl şəkildə inkişafı bizi sevindirir.
Azərbaycanın bir çox beynəlxalq səviyyəli layihələrin reallaşdırılmasında fəal çalışdığını bildirən spiker yapon şirkətlərini yalnız energetika sahəsinə deyil, digər sahələrə də investisiya yönəltməyə çağırıb. Azərbaycan Yaponiya ilə yalnız iqtisadi sahədə deyil, eyni zamanda digər sahələrdə də əməkdaşlıq etmək niyyətindədir. O.Əsədov TAP, TANAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası barədə də məlumat verib.
Yaponiyada keçirdiyi görüşlər barədə məlumat verən O.Əsədov yapon rəsmilərini Azərbaycana səfərə dəvət etdiyini və eyni zamanda T.Oşimanı da Bakıda görməkdən məmnun olacağını bildirib.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpası yolunda ciddi maneədir. Milli Məclisin sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Yaponiya tərəfinə minnətdarlığını ifadə edib.
Ətraflı məlumata görə təşəkkürünü bildirən T.Oşima vurğulayıb ki, Yaponiya tərəfi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Yaponiyanın problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmov, Azərbaycan parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, habelə Yaponiya Müşavirlər Palatasının üzvləri iştirak ediblər.
Sonra Azərbaycan nümayəndə heyəti Yaponiya parlamentinin Nümayəndələr Palatasının iclas zalı ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

