/ / Avropa Xəbər Agentlikləri Alyansının konfransında üzv agentliklərə Avropa Oyunları haqqında məlumat verilib
Avropa Xəbər Agentlikləri Alyansının konfransında üzv agentliklərə Avropa Oyunları haqqında məlumat verilib
25.04.2015 [12:01]
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və Bolqarıstanın BTA xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən “Xəbər agentlikləri və rəqəmsal tərəfdaşlıqlar üçün strategiyalar, müxtəliflik, texnologiya, marketinq” mövzusunda konfrans işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, konfransda İspaniyanın EFE agentliyinin multimedia məhsulları departamentinin rəhbəri Xorxe Lopez xəbər agentliklərinin yeni sərhədlərindən danışaraq auditoriya cəlb etmək üçün yeni vasitələri diqqətə çatdırıb. O qeyd edib ki, çap mediasının getdikcə zəiflədiyi bir vaxtda xəbər agentlikləri təşkilatlar, şirkətlər qismində müştəri axtarışını davam etdirməlidir.
Rumıniyanın AGEPRESS agentliyinin baş direktoru Aleksandru Giboi sosial mediadan marketinq məqsədləri üçün istifadə etmək məsələlərinə diqqət çəkib. Onun fikrincə, trafikin cəlb edilməsində artıq sosial şəbəkələrin rolu getdikcə artmaqdadır.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, sosial media dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da böyük sürətlə inkişaf edir və informasiya agentliklərinin qarşısında bu çağırışlara tutarlı cavab tapmaq məsələsi dayanır. “Xəbər agentlikləri sosial mediadan həm xəbər yaymaq və veb-resurslarına oxucu cəlb etmək, həm də sosial mediadakı məlumatlardan xəbər mənbəyi kimi istifadə etməyə çalışır. İkinci məsələ ilə bağlı qeyd etmək lazımdır ki, bu, xəbər agentlikləri qarşısında bir sıra risklər yaradır. Bu sırada xəbərin dəqiqliyi və məsuliyyət əsas yerdə dayanır”, - deyə o, bildirib.
Baş direktor EANA üzvlərinə bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında məlumat verib. Qeyd olunub ki, bu oyunlar zamanı EANA-ya üzv agentliklər AZƏRTAC-ın bu möhtəşəm idman tədbirindən hazırlayacağı xəbərlərə müraciət edə bilərlər.
İki gün davam edən konfrans işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

