/ / Əli Hüseynli: Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə sübut edir ki, dünya miqyasında tanınan nüfuzlu, güclü dövlətdir
Əli Hüseynli: Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə sübut edir ki, dünya miqyasında tanınan nüfuzlu, güclü dövlətdir
09.05.2015 [12:51]
“Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının çox böyük əhəmiyyəti var. Birincisi, müasir dünyada idman oyunları ölkələrin, xalqların tanınmasının ən mühüm vasitələrindən biridir. İkincisi, idman tədbirləri ölkədə kütləvi idmana təkan verir. Bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi xüsusilə önəmlidir”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli bildirib ki, idman sağlam həyat tərzidir, yaxşı idmançı həm də yaxşı əsgərdir. Onun sözlərinə görə, dövlətimizin idmanla bağlı siyasəti birbaşa xalqımızın sağlam yeni nəslinin formalaşmasına xidmət edir.
Qısa zamanda ölkəmizdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən komitə sədri qeyd edib ki, bütün bunlar idman infrastrukturunun da Avropa standartlarına uyğunlaşdırılmasına gətirib çıxarıb: “O kəslər ki, bu sahəyə vəsait xərclənməsini tənqid edirlər, onlar dayaz adamlardır və bunun vacibliyini anlamırlar. Çünki bu gün ilk Avropa Oyunları üçün ölkəmizə gələnlər, növbəti mərhələdə bura turizm məqsədi ilə gələcəklər. Yəni hazırda görülən işlər sahibkarlığın, turizmin inkişafı üçün faydalıdır. Bütün bunlar isə gələcək illərə hesablanıb”.
Ə.Hüseynli qeyd edib ki, ölkəmiz müstəqil siyasət yürüdür, davamlı olaraq güclənir. Onun sözlərinə görə, bunu qəbul edə bilməyən xarici qüvvələr isə “insan hüquqları” məsələsini bəhanə edərək ölkəmizə qarşı təzyiq göstərmək istəyirlər. “Amma Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, insan hüquqları mövzusu erməni lobbisi tərəfindən idarə olunur. Ona görə də, ictimaiyyət bu əsassız tənqidlərə ciddi əhəmiyyət vermir. Elə bu işlə məşğul olanlar da ciddi təşkilatlar deyil, hansısa QHT-lərdir ki, sifarişlər yerinə yetirirlər. Əsas odur ki, bu sahə ilə bağlı olan Avropa Olimpiya Komitəsi, Avropadakı bir çox idman federasiyaları, dövlət başçıları, ölkələrin aidiyyəti qurumları bu tədbiri çox ciddi qəbul edirlər”.
Komitə sədri deyib ki, beləliklə də, müəyyən qüvvələrin bizə vurmaq istədiyi zərbə hədəfə çatmayacaq: “Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bir daha sübut etmiş olur ki, o, sadəcə regional səviyyəli yox, Avropa və dünya miqyasında tanınan nüfuzlu, güclü dövlətdir”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

