NATO-nun Atlantik Müqaviləsi Assosiasiyasının tədbirində Azərbaycanın uğurlarından danışılıb
14.05.2015 [10:16]
Mayın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin nazirlər iclası”nda çıxış edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov çıxışında NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyaya Azərbaycanın verdiyi töhfələr və iki ölkə arasında münasibətlər barədə danışıb. O, Azərbaycanın ISAF əməliyyatında sonadək əzmlə iştirak etdiyini və bunun 2015-ci ilin yanvar ayından başlayan Qətiyyətli Dəstək missiyası kontekstində də davam etdirdiyini vurğulayıb.
Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bir çox problemlər barədə danışıb, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrin ikili standartlara əsaslanan yanaşma nəticəsində hələ də icra edilmədiyini vurğulayıb.
Nazir bütün çətinliklərə, təcavüz və işğal faktına baxmayaraq, son on il ərzində ölkəmizdə yoxsulluq səviyyəsinin 49 faizdən 4 faizə qədər azaldığını, ümumi daxili məhsulun 3,5 dəfə artdığını və Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyini bildirib. O, bütün bunların düzgün siyasi-iqtisadi strategiya və resurslardan səmərəli istifadə nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov, həmçinin Azərbaycanın təlim, təhsil, iqtisadiyyat və fövqəladə hallarda yardıma dair məsələlər üzrə Əfqanıstana dəstək göstərdiyini vurğulayıb. O, ordu quruculuğu, ADA Universitetinin xətti ilə keçirilən kurslar, ANAMA-nın əfqan mütəxəssislər üçün təşkil etdiyi minalardan təmizləmə üzrə təlim proqramları, o cümlədən yerli əhali arasında mina təhlükəsizliyi üzrə dərsliklərin nəşr etdirilməsi barədə məlumat verib. Bu kimi yardımların davamlı xarakter daşıdığını deyən Elmar Məmmədyarov əfqan mütəxəssislərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ödənişsiz təhsil almaları məsələsinin də nəzərdən keçirildiyini qeyd edib.
Nazir çıxışında regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu da vurğulayıb.
Elmar Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geostrateji əhəmiyyəti və regiondakı rolu barədə suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

