/ / Siyavuş Novruzov: Emin Hüseynov kimilərinin “qəhrəman”a çevrilməsi bəzi qüvvələrin anti-Azərbaycan mövqeyindən irəli gəlir
Siyavuş Novruzov: Emin Hüseynov kimilərinin “qəhrəman”a çevrilməsi bəzi qüvvələrin anti-Azərbaycan mövqeyindən irəli gəlir
23.06.2015 [09:39]
“Emin Hüseynov kimi cinayət törətmiş şəxsin Avropanın nüfuzlu media qurumunda “qəhrəman”a çevrilməsi bəzi qüvvələrin anti-Azərbaycan mövqeyindən irəli gəlir”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, E.Hüseynov 10 aydır ki, İsveçrə səfirliyində idi: “İndiyə qədər onun oradan çıxarılması, getməsi ilə bağlı o qədər tələsmirdilər. Ancaq ilk Avropa Oyunları zamanı onun İsveçrəyə aparılması, aparılan kimi onun dərhal müxtəlif Avropa kanallarına çıxarılması Oyunların gedişatına kölgə salmağa xidmət edir. Guya, Azərbaycanda insan hüquqlarının pozulduğunu nümayiş etdirməklə ilk Avropa Oyunlarının uğurunu ört-basdır etmək istəyirlər”.
Millət vəkili hesab edir ki, E.Hüseynov kimi cinayət törətmiş adamlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar: “Görürsünüz, Avropadakı bəzi qüvvələrin Azərbaycanla davası hər hansı bir qaçqınla, hər hansı şəhid ailəsi ilə bağlı deyil, bu və ya digər şəkildə bunların təhriki ilə cinayət törətmiş şəxslərdir. Onların bir qismi də bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, Azərbaycanın dövlət sirrinin yayılması, vergidən yayınma və digər məsələlərlə bağlı istintaq işləri gedir”.
Millət vəkili qeyd edib ki, bütün bunlar bəzi dairələrin anti-Azərbaycan mövqeyindən irəli gəlir: “Təsəvvür edin ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına 6000-dən artıq idmançı gəlib. Açılışda onların məşqçiləri, 30-a yaxın ölkənin dövlət rəhbərləri, dövlət nümayəndələri iştirak etdi. Onların 10-u birbaşa prezident, digərləri parlament sədrləri, baş nazirlər, yüksək rütbəli dövlət məmurları idi. Belə böyük açılış mərasimi keçirildi, Avropanın 50 ölkəsi burada təmsil olunur. BBC, CNN, “Euronews” bununla bağlı bir xəbər vermədilər. Ondan bir gün sonra Gürcüstanda daşqın baş verdi, heyvanxananı sel apardı. Həmin kanallar ardıcıl olaraq 3 gün həmin təbiət hadisəsinə verilişlər həsr etdilər. Lakin Azərbaycanda keçirilən irimiqyaslı idman yarışına çox qısqanclıqla yanaşdılar, baxmayaraq ki, neçə müddətdir ki, həmin kanalların əməkdaşları Azərbaycanda akkreditasiya olunublar”.
S.Novruzov əlavə edib ki, həmin kanallar belə irimiqyaslı idman tədbirini işıqlandırmaq əvəzinə, hansısa bir dələduzun fikirlərinə, cinayət törətmiş, vergidən yayınmış, gizli yolla Azərbaycandan çıxarılmış bir şəxsin anti-Azərbaycan mövqeyinə geniş yer ayırırlar: “Bunların tərəfsizliyi budur? Görünür ki, bu kanallar, onları himayə edən şəxslər və dövlətlər etnik, milli, dini ayrı-seçkiliklə məşğuldurlar”.
Xəbər lenti
Hamısına baxSosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10

