Qırğızıstanın “Kabar” Agentliyi Leyla Əliyevanın “Trend”ə müsahibəsini yayıb
07.07.2015 [10:14]
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Trend”ə müsahibəsini yayıb.
Müsahibədə Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi ərzaq təhlükəsizliyi, ekoloji tarazlığın təmin olunması, insanların sağlamlığının qorunması sahəsindəki fəaliyyəti şərh edilir.
Leyla Əliyeva Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoqun (IDEA) təsisçisi kimi görülən işlərdən söhbət açır: “IDEA ekoloji problemlərin həlli ilə bağlı çoxdandır ki, Azərbaycanın hüdudlarından kənara çıxıb. Biz BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN), Dünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) tərəfdaşlarıyıq. Regional səviyyədə isə 2013-cü ilin oktyabr ayında həyata keçirilən Gürcüstanda 10 ceyranın birinci reintroduksiyası layihəsini qeyd etmək istərdim. Ötən ilin may ayında Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirildi. Sammitdə beynəlxalq ekspertlər tərəfindən bəbirlərin mühafizəsi sahəsində bilik və təcrübə mübadiləsi aparıldı”.
Diqqətə çatdırılır ki, IDEA Qafqaz faunasının nadir heyvan növləri olan qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi” layihəsini həyata keçirir və bu istiqamətdə görülən işlər şərh edilir.
Müsahibədə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında da ətraflı məlumat verilir. Leyla Əliyeva deyir: “Heydər Əliyev Fondunun fəaliyyət spektri həqiqətən geniş və müxtəlifdir. Biz ən müxtəlif istiqamətlərdə - xeyriyyəçilik, təhsil, ekologiya, həmçinin mədəniyyət, incəsənət, səhiyyə, idman və İKT sahələrinin inkişafına yönəlmiş bir çox layihələri uğurla həyata keçiririk”.
Heydər Əliyev Fondunun vitse-prezidenti müsahibəsində mədəniyyətlərarası dialoqun genişlənməsində humanitar layihələrin həyata keçirilməsi, “Xocalıya ədalət” kampaniyası, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti, Bakıda keçirilən birinci Avropa Oyunları, “Baku” jurnalının baş redaktoru kimi fəaliyyəti və digər məsələlər haqqında da söhbət açır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36

