Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

10.10.2026 [16:03]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.

AZƏRTAC xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi.

Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb.

Dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biri olan “Bakı Ağ Şəhər” layihəsinin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb.

Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb. “Bakı Ağ Şəhər”də geniş daxili küçələr, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri yaradılıb və şəhərsalmanın ən son yenilikləri tətbiq olunub.

Paylaş:
Baxılıb: 38 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31