Milli Mətbuat Günü münasibətilə parlamentdə jurnalistlərlə görüş keçirilib
23.07.2015 [09:30]
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisində jurnalistlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov görüşdə çıxış edərək milli mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistləri təbrik edib. O, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi qiymətləndirilir. 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb.
Vurğulanıb ki, Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır, ölkəmizdə bununla bağlı mühüm addımlar atılır. N.Cəfərov Milli Məclis ilə mətbuat arasındakı sıx münasibətlərdən də danışıb. Bildirilib ki, bu yaxınlarda Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd parlamentin fəaliyyətinin daha dərindən öyrənilməsi, media orqanları tərəfindən işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bayram münasibətilə jurnalistləri təbrik edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolundan bəhs edib.
Görüşdə çıxış edən mətbuat nümayəndələri əməklərinə verdiyi yüksək dəyərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar milli mətbuatımızın bundan sonrakı inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mətbuatı özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi və mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. KİV nümayəndələri Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündən danışaraq həmin görüşdə qarşıya qoyulan vəzifələrdən də bəhs ediblər.
Sonda jurnalistlərə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

