Novruz bayramı ərəfəsində Milli Məclis Amnistiya Aktı haqqında qərar layihəsi qəbul edəcək
12.03.2009 [16:01]
Heydər Əliyev Fonduna məhkum edilmiş şəxslərdən və onların ailə üzvlərindən çoxlu müraciətlərin daxil olduğu, bununla bağlı araşdırmaların aparıldığı və həmin insanlara münasibətdə mərhəmət göstərilməsi zərurəti vurğulanıb. ümummilli liderin humanist siyasətinə sədaqət nümayiş etdirilərək Azərbaycan xalqının firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan milli bayramı - Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü irəli sürülür.
Müzakirələr zamanı deputatlar bu addımı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi və humanizm prinsiplərinin qorunub saxlanması kimi xarakterizə edərək yüksək qiymətləndiriblər.
Komissiyanın sədri Əli Hüseynov layihənin qanunvericilik baxımından mükəmməl hazırlandığını deyib və bildirib ki, əvvəlkindən fərqli olaraq, bu dəfə Amnistiya Aktının əhatə dairəsi daha geniş olacaq.
Qeyd olunub ki, Novruz bayramı ərəfəsində minlərlə ailəni sevindirəcək qərar layihəsi bütün sosial təbəqələri əhatə edir. Amnistiya Aktı layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyadan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir. Aparılan təhlillərə əsasən təqribən 9 min şəxsin Amnistiya Aktının təsiri altına düşməsi nəzərdə tutulub. Təqribən 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir. Qərar layihəsi qüvvəyə mindiyi gündən 4 ay müddətində tam icra olunmalıdır. Amnistiya Aktı haqqında qərar layihəsi Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

