Knessetin iclasında Azərbaycan-İsrail münasibətləri müzakirə edilib
24.07.2015 [09:21]
İsrailin yeni çağırış Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına həsr olunan iclas keçirilib. İclası Knessetin deputatı, “İsrail Evimizdir” partiyasının lideri, yeni yaradılmış parlamentlərarası qrupa rəhbərlik edən Aviqdor Liberman aparıb.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (Azİz) AZƏRTAC-a bildirilib ki, iclasda Knessetin qrupda işləmək arzusunda olan deputatları - Betsalel Smotriç (“Yəhudi Evi”), Yoel Razvozov - (“Yeş Atid”), Robert İlatov (“İsrail Evimizdir”), Yoav Kiş (“Likud”), Yoel Xason (“Sionistlər Düşərgəsi”), Şaron Qal (“İsrail Evimizdir”) iştirak ediblər.
Parlamentlərarası dostluq qrupunun birinci iclasında, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Yosef, bu ölkənin Azərbaycandakı yeni səfiri Dan Stiv, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak və başqaları iştirak ediblər.
Aviqdor Liberman iclası açaraq İsrail-Azərbaycan dövlətlərarası münasibətləri haqqında geniş məlumat verib. O, iki ölkə arasında qarşılıqlı səmərəli münasibətlərin inkişafının İsrail üçün strateji vacibliyini vurğulayaraq, bu baxımdan Azərbaycanın vacib coğrafi mövqeyini, onun iqtisadi potensialını və digər məsələləri qeyd edib. İki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyəsi, habelə bu münasibətlərin inkişaf perspektivinin vacibliyi də vurğulanıb. Bildirilib ki, İsrail neftin 65 faizini Azərbaycandan idxal edir.
“İsrail Evimizdir” partiyasının lideri Azərbaycanda yəhudiliyin tarixindən söhbət açaraq vurğulayıb ki, yəhudilər əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu dünyəvi ölkədə həmişə rahat yaşayıblar, indi də rahat yaşayırlar, milli və ya dini zəmində heç vaxt sıxışdırılmayıblar. Dövlət onların sərbəst inkişafı üçün hər cür şərait yaradıb. O, Azərbaycanda doğulmuş və yaşamış çoxsaylı yəhudi alimlərinin, mədəniyyət işçilərinin və müxtəlif sahələrdə görkəmli mütəxəssislərin adlarını çəkib. Bildirilib ki, bu ölkədə çoxlu sayda yeni və əvvəlki sinaqoqlar fəaliyyət göstərir. Burada yəhudi məktəbləri, yəhudilərə və İsrailə müsbət münasibəti təbliğ edən mədəniyyət mərkəzləri açılıb. A.Liberman hazırda geniş vüsətlə iqtisadi yüksəliş yaşayan, habelə humanitar sahədə böyük nailiyyətlərə malik ölkə ilə münasibətləri inkişaf etdirməyin və möhkəmləndirməyin İsrail üçün necə vacib olduğunu deyib.
XİN-in şöbə müdiri Oded Yosef İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin tarixindən və mədəniyyət sahəsində birgə hazırlanan layihələrdən söhbət açıb. O, parlamentarilər mübadiləsini təzələmək, habelə Knessetin spikeri Yuli Edelşteynə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu İsrailə dəvət etmək üçün müraciət olunması təklifini irəli sürüb.
Azİz-in baş direktoru Lev Spivak çıxış edərək məlumat verib ki, Azərbaycan onun ərazisinin 20 faizini zəbt etmiş və indiyədək işğal altında saxlayan Ermənistanla müharibə vəziyyətindədir. O qeyd edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarının sahəsi İsrailin ərazisindən böyükdür. Vurğulanıb ki, Knessetin qondarma “erməni soyqırımı”nı tanıması məsələsinin müzakirəsinə göstərilən hər bir cəhd Azərbaycanda narahatlıqla qəbul edilir. İmkan daxilində bu mövzuda mülahizələrdən uzaqlaşmaq lazımdır.
Lev Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur isə təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə “soyqırımı” sözündən istifadə olunmasın.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

