Ermənipərəst Leyla və Arif Yunusovların maliyyə maxinasiyaları sübuta yetirilir
30.07.2015 [10:04]
Anti-Azərbaycan dairələrin pulunu əldə edərək qeyri-qanuni sahibkarlıqla məşğul olan cütlük qanun qarşısında cavab verir
“QHT” adı altında gizlənərək qanunları pozan, vergidən yayınan, min bir qanunsuz əməl törədən Leyla və Arif Yunusovların məhkəmə prosesi bütün həqiqətlərin üzərinə işıq salmaqda davam edir. Əslində, bu ermənipərəst cütlüyün istər qeyri-qanuni əməlləri, istər xəyanət yolu ilə əldə etdikləri var-dövlət, istərsə də anti-Azərbaycan fəaliyyətləri ilə bağlı məlumatlar zaman-zaman KİV-də öz əksini tapıb. Xatırladaq ki, 2012-ci ildə ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi keçirildiyi zaman bu cütlük ermənilərlə eyni “cəbhə”də yer alaraq həmin müsabiqənin baş tutmaması üçün bütün güclərini ortaya qoymuşdular. Həmin dövrdə heç bir “uğur” əldə edə bilməyən L.Yunusovanın, eyni zamanda, Ermənistanın “Region” Araşdırmalar İnstitutunun direktoru Laura Baqdasaryanla şərikli layihələrə “baş vurması” növbəti dəfə onun əsl niyyətinin üstünə işıq saldı. Və bu kimi faktların sayı çoxdur...
Onu da qeyd edək ki, davam edən məhkəmə prosesində Leyla və Arif Yunusovların dələduzluq, qanunsuz sahibkarlıq, vergiləri ödəməkdən yayınma, saxta sənəd hazırlama və istifadə etmə kimi qanun pozuntularına yol vermələri şahid ifadələri əsasında bir daha öz təsdiqini tapır. Bəlli olur ki, fərqli təşkilatların adından xarici “donor”larla əlaqəyə girərək ianələr alan (təbii ki, bu alınan ianələrin qarşılığında ermənilərin maraqlarını qoruduqları şübhəsizdir - P.S.) L.Yunusova əldə etdiyi pulları gizlətməyə çalışıb.
Yuxarıda da vurğuladığımız kimi, bu fakt məhkəmədə şahidlərin ifadələri ilə bir daha ortaya çıxır. Belə ki, “Unibank” ASC-nin və bu bankın sənaye-texnika filialının əməkdaşları məhkəmədə bildiriblər ki, Leyla Yunusova 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən dollar hesablarından cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla əldə etdiyi kassa çek vərəqlərindən istifadə etməklə nağdlaşdırıb çıxararaq, həmin pulun cəmi 71.000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən əmanət hesablarına mədaxil edib, üzərinə toplanmış faizlərlə 24 aprel 2014-cü il tarixdə ümumilikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pul vəsaitini müvafiq bank sənədləşməsi ilə çıxarıb əri Arif Yunusov ilə həmin gün sonuncunun “Unibank” ASC-dəki şəxsi hesabına mədaxil edib, dərhal Çexiya Respublikasının Praqa şəhərində yerləşən “Sberbank CZ” kommersiya bankındakı Arif Yunusovun şəxsi bank hesabına köçürüb, dələduzluq yolu ilə ələ keçiriblər.
Bir sözlə, görünən odur ki, illərdir ermənilərə “can-dildən” xidmət göstərən, fərqli dövlətlərin, eləcə də, anti-azərbaycançı mərkəzlərin verdiyi pul qarşılığında Azərbaycanın dövlət maraqlarına qarşı cəbhə açmış L.Yunusova “QHT” pərdəsi altında böyük bir maliyyə imperiyası qurub. Lakin heç bir cinayət cəzasız qalmır. Bununla belə qeyri-qanuni fəaliyyətlərini “QHT sektoru”na istiqamətləndirməklə, xarici təşkilatlara yalan dolu məktublar yazmaqla məsuliyyətdən yaxa qurtaracağını düşünən Yunusovlar bu dəfə də diqqəti cinayət əməllərindən yayındırmaq üçün min bir yola baş vururlar. Məsələn, Arif Yunusov məhkəmədə çıxış etməyə söz tapa bilmir və min bir bəhanə ilə prosesi pozmağa çalışır. Leyla Yunusova isə məhkəmədə iştirak edən şəxsləri təhqir etməklə yenidən öz ətrafında şou yaratmağa cəhd göstərir.
Amma bütün bu cəhdlər əbəsdir və sözügedən proses istər ölkə daxilində ermənipərəst maraqlara xidmət göstərən “beşinci kolon” nümayəndələrinə, istərsə də radikal düşərgədə təmsil oluna və qanunu poza biləcəyini düşünən insanlara Azərbaycanın hüquqi dövlət olduğunu bir daha əyani şəkildə isbat etmiş oldu. Yəni, ölkəmizdə tutduğu mövqeyə və ya sahib olduğu imkanlara baxmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Pulunu aldığı “dayı”larına arxayın olan L.Yunusova isə, deyəsən, hələ də bunu dərk etmək imkanından məhrumdur...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

