/ / Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyində ilin birinci yarısının yekunları müzakirə olunub
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyində ilin birinci yarısının yekunları müzakirə olunub
20.08.2015 [09:47]
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2015-ci ilin birinci yarısının yekunlarına dair hesabat iclası keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, iclası açan icma rəhbəri Bayram Səfərov ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. İcma rəhbəri qeyd edib ki, 2015-ci ilin birinci yarısında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylər göstərilib. İctimai Birlik 20 Yanvar hadisələri, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımları, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycanın Şuşa şəhərinin və digər ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə etdiyi müraciətlərdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapıb. Bununla yanaşı, İctimai Birlik Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2015-ci il mayın 3-də keçirilmiş qondarma “parlament seçkiləri”ni pisləyən bəyanatla çıxış edib. Bayram Səfərov vurğulayıb ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətinin İctimai Birliyin idarə heyətinin üzvləri ilə görüşü olub.
Bayram Səfərov dövlətimizin başçısı İlham Əliyevin erməni təbliğatının ifşa edilməsi ilə bağlı Azərbaycan ictimaiyyəti qarşısında qoyduğu vəzifənin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirərək deyib: “Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir”.
Hesabat iclasında İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Elçin Əhmədov çıxışında icmanın həm respublikamızda, həm də xarici ölkələrdə həyata keçirəcəyi tədbirlər, eləcə də qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların keçirilməsinin məqsədlərindən danışaraq qeyd edib: “Məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Biz bu kursları davam etdirəcəyik”.
Təbliğat işinin gücləndirilməsinin vacibliyini diqqətə çəkən E.Əhmədov qeyd edib ki, İctimai Birliyin rəsmi saytı olan www.karabakh.az yenidən qurulub. Bununla yanaşı, Qarabağ Araşdırmalar Mərkəzinin www.karabakhresearchcenter.com və özündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini əks etdirən filmlərdən ibarət www.therealstoriesofkarabakh.com saytları da təkmilləşdirilib. Bu saytlarda, xüsusilə Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən www.karabakh.az saytında 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı, işğal və təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-2014-cü illər ərzində 6 beynəlxalq təşkilatın - BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul etdiyi 100-ə qədər sənədin (qərar, qətnamə və bəyanatlar) də ardıcıllıqla və sistemli şəkildə verilməsi münaqişənin beynəlxalq-hüquqi aspektlərinin öyrənilməsi baxımından çox dəyərlidir. Eyni zamanda, bu sənədlər Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Hazırda Qarabağ Araşdırmalar Mərkəzinin www.karabakhresearchcenter.com adlı saytının ingilis və rus dillərində bölmələrinin qurularaq materialların yerləşdirilməsi üzərində iş gedir.
Hesabat məruzələrindən sonra İctimai Birliyin idarə heyətinin üzvləri - Milli Məclisin deputatı Elman Məmmədov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxışlarında ötən dövr ərzində icmanın fəaliyyətini müsbət qiymətləndiriblər. Toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52

