Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Azərbaycanda bəzi xarici KİV nümayəndələri bilərəkdən akkreditasiyadan keçmirlər

Bahar Muradova: Azərbaycanda bəzi xarici KİV nümayəndələri bilərəkdən akkreditasiyadan keçmirlər

22.09.2015 [10:21]

“Azərbaycanda fəaliyyət göstərən xarici media qurumlarının nümayəndələri qanunauyğun şəkildə fəaliyyət göstərməli və mütləq şəkildə qanunla müəyyən edilmiş akkreditasiya qaydalarından keçməlidirlər”. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova son günlər Azərbaycanda bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, bundan imtina etməyin özü məsuliyyət doğurur: “Bu məsuliyyəti onlara xatırlatmaq istiqamətində atılan addımları isə qeyri-qanuni hərəkət kimi qələmə vermək, əlbəttə ki, öz hərəkətlərini pərdələmək cəhdidir və yaxud da məqsədli şəkildə bu qanunlara əməl etməkdən boyun qaçırırlar ki, sonra onları qanuna əməl etməyə dəvət etdikdə bunun onlara qarşı bir təzyiq olduğunu bəyan etsinlər və bundan da Azərbaycana qarşı istifadə etsinlər”.
Vitse-spiker vurğulayb ki, bəzi xarici KİV nümayəndələri məqsədli şəkildə akkreditasiyadan keçməyərək mövcud vəziyyətin belə alınmasında maraqlıdırlar ki, sonra bundan da başqa cür istifadə etsinlər.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31