/ / Avropa Parlamentinin bəzi deputatları Azərbaycanla bağlı qərəzli qətnaməni kəskin tənqid ediblər
Avropa Parlamentinin bəzi deputatları Azərbaycanla bağlı qərəzli qətnaməni kəskin tənqid ediblər
30.09.2015 [09:53]
Avropa ölkələrində geniş oxucu kütləsinə malik “European Business Review” jurnalının elektron səhifəsində Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Avropa Parlamentinin qətnamənin əleyhinə çıxan bəzi deputatlarının fikirləri yer alıb.
Məqalənin müəllifi Martin Banks bu qətnamənin qəbulu ilə əlaqədar Azərbaycanda atılan müvafiq addımlar barədə məlumat verir. O bildirir ki, Azərbaycanın bu məsələdə mövqeyi Avropa Parlamentinin müxtəlif siyasi partiyalardan olan bir çox deputatları tərəfindən dəstəklənir. Onlardan biri - Avropa Xalq Partiyasının rumıniyalı deputatı xanım Ramona Manesku deyib ki, Avropa İttifaqı və Azərbaycan birlikdə işləməyə davam etməlidirlər. Deputat əlavə edib ki, bu əməkdaşlıq nəinki enerji sektoru, həmçinin insan hüquqları kontekstində qarşılıqlı faydalıdır. O, Azərbaycanın bir sıra beynəlxalq sazişlərə qoşulduğunu qeyd edib, bu ölkənin rəhbər tutduğu demokratik dəyərləri yüksək qiymətləndirib: “Mən inanıram ki, Azərbaycanla dialoqun qorunması və əməkdaşlığın genişlənməsi Avropa İttifaqının tutmalı olduğu yeganə yoldur”.
Digər partiyaları təmsil edən deputatlar da qətnaməni tənqid ediblər. Onlardan biri - Avropa Millətlər və Azadlıq Qrupunun üzvü Canluka Buananno qətnamənin qəbulundan tamamilə narazı qaldığını bildirib.
“Lega Nord” partiyasının üzvü deyib ki, Avropa Azərbaycanla dialoq apararaq çıxış yolunu tapmalıdır. Düzgün xarici siyasət məhz bu cür həyata keçirilməlidir.
Avropa Xalq Partiyasının digər üzvü irlandiyalı Şon Kelli isə deyib: “Azərbaycanla danışıqları dayandırmaq təklifi ağılsızlıqdır, çünki biz bunu etsək və digər dövlətlərə qarşı da bu addımı atsaq, onda biz heç kimlə heç nəyi müzakirə etməyəcəyik”.
“Avropalı Mühafizəkarlar və İslahatçılar” qrupunun aparıcı üzvü, britaniyalı deputat Sacad Karim bildirib, Dağlıq Qarabağ məsələsində irəliləyişin əldə olunmamasına görə Azərbaycan çox narahatdır. Bu ölkə hiss edir ki, beynəlxalq ictimaiyyət müharibədən sonra xüsusilə qaçqın və məcburi köçkünlər kontekstində Azərbaycanın üzləşdiyi çətinliklərə əhəmiyyət vermir. Həqiqətdir ki, beynəlxalq ictimaiyyət hələ də bu münaqişənin həlli üçün yetərli dərəcədə fəal deyil.
Avropa Xalq Partiyasının xarici işlər üzrə əlaqələndiricisi Kristian Dan Preda təmsil etdiyi partiyanın qətnaməyə qarşı çıxmasının səbəbini belə izah edib: “Avropa Xalq Partiyası qətnaməyə qol çəkmək və lehinə səs verməkdən ona görə imtina etdi ki, qətnamənin mətni olduqca radikaldır və heç bir müsbət effekt gətirmək iqtidarında deyil. Biz bu yolla, həmçinin Yaşıllar partiyasının strategiyasına qarşı çıxmış olduq, çünki onlar xarici əlaqələr komitəsindən yan keçərək birbaşa plenar iclasda Avropa İttifaqı-Azərbaycan münasibətlərinə, o cümlədən insan hüquqları ilə bağlı dialoq və maliyyə məsələlərinə dair qərarın çıxarılmasında israr edirdilər. Sənədin əleyhinə səs verməklə biz qətnamə mətnində əksini tapan radikal yanaşmaya etirazımızı bildirir, eləcə də insan hüquqlarının ən effektiv təşviqinin məhz dialoq vasitəsilə həyata keçirildiyini nəzərə alan daha real və ağıllı yanaşmaya çağırış edirik”.
Deputat xatırladıb ki, Azərbaycan parlamenti qətnamənin qəbuluna cavab olaraq ölkənin Şərq Tərəfdaşlığı çərçivəsində parlamentlərarası forum qismində fəaliyyət göstərən Avronest Parlament Assambleyasındakı üzvlüyünün dayandırılması haqqında qərar qəbul edib. “Beləliklə, biz bu qətnamə nəticəsində Azərbaycanla kommunikasiya kanallarından birini itirdik”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

