YAP-ın Milli Məclisə seçkilərlə əlaqədar “www.yap.az” saytı fəaliyyətə başlayır
10.10.2015 [12:03]
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərin təbliğat - təşviqat kampaniyası dövrünü əhatə edəcək “www.yap.az” seçki saytı oktyabrın 9-da fəaliyyətə başlayıb.
“Yeni hədəflərə doğru!” şüarı ilə təqdim edilən seçki saytında “Namizədlər”, “Azərbaycan: 2005-2015”, “10 uğurlu zirvə”, “Yeni hədəflərə doğru 10 addım” və “Seçici siyahısı” “ bölmələri yaradılıb.
“Namizədlər” bölməsində Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər haqqında məlumat verilir. “Azərbaycan: 2005-2015” bölməsində isə ölkəmizin son 10 ildə keçdiyi inkişaf yolu, qazanılan uğurlar, əldə edilən nailiyyətlər barədə geniş məlumat verilir.
Saytın “10 uğurlu zirvə” bölməsində də Azərbaycan dövlətinin hədəf seçdiyi 10 mühüm amil sadalanır:
1. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı daha da artacaq.
2. İnsanların həyat səviyyəsi və məişət şəraiti daha da yaxşılaşdırılacaq.
3. Sosial müdafiə və sosial təminat tədbirləri yeni səviyyəyə çatdırılacaq.
4. Yeni infrastruktur layihələri həyata keçiriləcək.
5. Regionların sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoyacaq.
6. Sənayenin, kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi daha da artırılacaq.
7. Ərazi bütövlüyümüzün təmin olunması istiqamətində səylər gücləndiriləcək, ordu quruculuğu işləri yeni vüsət alacaq.
8. Elm, təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitin həcmi artırılacaq.
9. Dünya enerji təhlükəsizliyi və regional nəqliyyat sistemində Azərbaycanın mövqeyi möhkəmlənəcək (TANAP, TAP və Bakı-Tbilisi-Qars dəmir yolu).
10. Azərbaycan beynəlxalq multikultural, mədəni, humanitar və idman tədbirlərini bundan sonra da uğurla həyata keçirəcək.
“www.yap.az” saytının “Yeni hədəflərə doğru 10 addım” bölməsində vacib məqamlar öz əksini tapmışdır. Belə ki, bölmədə yüksək iqtisadi inkişafın Azərbaycanın regionda lider mövqeyini təmin etdiyi, əhalinin rifahının yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi, yeni neft-qaz layihələrinin ölkəmizin dünya enerji təhlükəsizliyi sistemində əhəmiyyətini daha da artırdığı, kənd təsərrüfatı sahəsində islahatların aqrar bölmənin istehsal gücünü 2,3 dəfə artırdığı vurğulanır. Bu bölmədə həmçinin, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının ölkənin simasını kökündən dəyişdirdiyi, idarəetmədə modernləşmə, operativlik və şəffaflığın təmin olunduğu, bütün ölkə üzrə ASAN xidmət şəbəkəsinin yaradıldığı, uğurlu və müstəqil xarici siyasətin Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırdığı, Ermənistanın regional layihələrdən təcrid edildiyi, Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndiyi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldiyi, Azərbaycanın dünyanın multikultural və tolerantlıq mərkəzlərindən birinə çevrildiyi və nəhayət, ölkəmizin mədəni və humanitar sahələrdə, o cümlədən idman sahəsində bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi xüsusi qeyd olunur.
“www.yap.az” saytının “Seçici siyahısı” bölməsində isə ölkə vətəndaşlarının müvafiq dairə və məntəqələrdə seçici kimi qeydiyyatı öz əksini tapır.
Qeyd edək ki, YAP-ın seçki saytında ölkəmizdə və dünyada baş verən hadisələr haqqında informasiyalar, eləcə də, müxtəlif məsələlərlə əlaqədar mütəxəssis rəyləri yer alır.
Eyni zamanda, saytda geniş auditoriya üçün faydalı ola biləcək linklər də yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

