Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Texasın qubernatoru: Azərbaycanla əlaqələrin genişləndirilməsinə hazıram

Texasın qubernatoru: Azərbaycanla əlaqələrin genişləndirilməsinə hazıram

14.11.2015 [09:56]

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Əbbot Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov və Hyuston şəhərində yerləşən Azərbaycan Mərkəzinin direktoru İradə Axundova ilə görüşüb.
Səfir E.Süleymanov həmsöhbətinə ölkəmiz barədə məlumat verib. O, həmçinin ABŞ-Azərbaycan münasibətləri və iki ölkə arasında terrorçuluğa qarşı mübarizə, enerji və digər sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. Səfir Texas ştatında yaşayan çoxsaylı və fəal Azərbaycan icmalarının əlaqələrin genişlənməsinə töhfə verdiyini bildirib.
İ.Axundova Texasda Azərbaycan icmalarının fəaliyyəti və onların keçirdiyi tədbirlər barədə məlumat verib. Qubernator Q.Əbbot Texasla Azərbaycan arasında mehriban münasibətlərin mövcudluğundan məmnun olduğunu deyib. O, əlaqələrin daha da genişləndirilməsinə hazır olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31