/ / Əli Həsənov: Azərbaycan müstəqil siyasət həyata keçirir və heç bir ölkədən asılı olmaq niyyətində deyil
Əli Həsənov: Azərbaycan müstəqil siyasət həyata keçirir və heç bir ölkədən asılı olmaq niyyətində deyil
17.11.2015 [10:14]
Azərbaycan müstəqil siyasət həyata keçirir və Avropanın bəzi qüvvələrinin təzyiq cəhdlərinə müqavimət göstərmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “NewEurope”a müsahibəsində deyib.
Azərbaycan Prezidentinin köməkçisi bildirib: “Avropa ilə energetika, rabitə, nəqliyyat sahələrində yaxşı əməkdaşlığımız var. Amma təəssüf ki, Avropada bəzi qüvvələr Azərbaycana təzyiq göstərməyə, necə hərəkət etməli olduğunu diktə etməyə cəhd edir”.
Əli Həsənov qeyd edib ki, Azərbaycan Avropa İttifaqının üzvü olan müxtəlif ölkələrlə yaxşı əlaqələr yaradıb və gələcəkdə də bu əməkdaşlığı davam etdirmək niyyətindədir. “Bununla bərabər, Avropa Parlamentinin bəzi qüvvələri Azərbaycan üçün qəbuledilməz qaydaların tətbiqi məqsədilə parlament üzvlərinə təzyiq göstərir. Əlbəttə, müstəqil ölkə kimi bu cür addımlardan razı deyilik, buna qarşı mübarizə aparacağıq. Azərbaycan müstəqil siyasət həyata keçirir və heç bir ölkədən asılı olmaq niyyətində deyil”, - deyə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb.
Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri barədə danışan Əli Həsənov qarşı tərəfi qarşılıqlı hörmət əsasında bərabərhüquqlu münasibətlərə çağıraraq deyib: “Biz seçkiləri Avropa qanun və qaydalarına uyğun olaraq keçirdik”.
Prezidentin köməkçisi vurğulayıb ki, təzyiq altında olan Avropanın bəzi təşkilatları Azərbaycandakı seçkilərin monitorinqini keçirməkdən imtina edib. “Lakin Avropa Şurası və Avropa Parlamentinin bəzi üzvləri seçkiləri müşahidə etmək üçün Bakıya gəldilər və onlar Azərbaycanda demokratik seçkilərin keçirildiyini gördülər. Düşünürük ki, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina ikitərəfli münasibətlərin, dostluq və əməkdaşlığın inkişafına xidmət etmir”, - deyə Əli Həsənov bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Avropa ilə Asiya arasındakı nəqliyyat əlaqələrində də vacib rola malikdir. O, Çin ilə Avropa arasında dəmir yolunun tərkib hissəsi olacaq Qars-Tbilisi-Bakı xəttinin önəmini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən Prezidentin köməkçisi deyib: “Bu, təkcə Azərbaycan xalqı və Azərbaycan hökuməti üçün problem deyil, bütün dünya üçün təhlükədir. Bu gün Avropa İttifaqının qaçqınlarla bağlı hansı problemləri yaşadığını görürük. Bu kontekstdə Dağlıq Qarabağ məsələsinin də Avropa üçün problem olduğunu düşünürük. Odur ki, Aİ və BMT Dağlıq Qarabağ və digər münaqişələrin həllində ciddi addımlar atmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

