Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq daha da genişlənir
23.12.2015 [10:12]
Dekabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Türkiyə Böyük Millət Məclisinə noyabrın 1-də keçirilmiş seçkilərdə qələbə qazanmış parlament üzvlərini təbrik edib. Artur Rasizadə qeyd edib ki, Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun, demokratik və şəffaf şəraitdə keçirilib.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Baş nazir Artur Rasizadə bildirib ki, qardaş ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə əlaqələr daha da genişlənir.
Baş nazir deyib ki, dünyada cərəyan edən hadisələr, yeni çağırışlar bizlərdən də adekvat addımlar atmağı tələb edir. Əlaqələrimizi daha da inkişaf etdirmək üçün bizim böyük potensialımız var. Bu gün Azərbaycan və Türkiyə birgə böyük iqtisadi layihələr reallaşdırır. Dünyada cərəyan edən proseslər göstərir ki, biz istər iqtisadi, istərsə də siyasi cəhətdən daha da güclü olmalıyıq. Azərbaycan və Türkiyə hər zaman bir-birini dəstəkləyir və bu, daim belə olacaq.
Azərbaycanın sabit bir ölkə olduğunu vurğulayan Artur Rasizadə diqqətə çatdırıb ki, dünyada gedən iqtisadi böhranlara baxmayaraq, təkcə son 11 ayda ölkə iqtisadiyyatı 3,1 faiz artıb. Qeyri-neft sektorunda isə 7,5 faiz artım olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazir qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Artıq 20 ildən çoxdur ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyəti isə heç bir nəticə vermir.
İsmayıl Qəhrəman bildirib ki, Türkiyədə hakimiyyətə gələn, parlament sədri seçilən şəxsin ilk səfərini qardaş Azərbaycana etməsi artıq bir ənənəyə çevrilib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan sədr qeyd edib ki, ölkələrimiz əməkdaşlığı bütün sahələrdə davam etdirməkdə qərarlıdır, qardaş dövlətlərimiz arasındakı əlaqələr daim inkişaf edəcək.
Parlamentin sədri İsmayıl Qəhrəman deyib ki, Dağlıq Qarabağ münaqişəsi Türkiyənin də problemidir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun həll olunmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

