AZƏRTAC ilə Yonhap-ın əməkdaşlığı informasiya mübadiləsinin genişlənməsinə yönəlib
24.12.2015 [09:38]
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Koreya Respublikasının Yonhap xəbər agentliyinin əməkdaşlığı informasiya mübadiləsinin genişlənməsinə yönəlib. Bu tendensiyanı hər iki tərəf qarşılıqlı surətdə dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə görüşündə səslənib.
Baş direktor səfirə Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı haqqında ətraflı məlumat verib, ölkələrimiz arasında genişlənən əlaqələrdən danışıb. Qeyd edib ki, AZƏRTAC-la Yonhap xəbər agentliyinin əməkdaşlığı həm ikitərəfli formatda, həm də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində qurulub və hər iki tərəfin marağına uyğun şəkildə inkişaf edir.
Noyabrın 16-17-də Yonhap-ın ev sahibliyi ilə keçirilən OANA İcraiyyə Komitəsinin 39-cu iclasının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Baş direktor deyib ki, iclas çərçivəsində AZƏRTAC-la Yonhap arasında informasiya mübadiləsi haqqında Saziş yenilənib. Bu Saziş istər ölkələrimizin tanıdılması, istərsə də agentliklərimiz arasında əlaqələrin müasir dövrün çağırışlarına uyğun inkişafı baxımından böyük töhfə olacaq.
Görüşdə Koreya və Azərbaycanın sürətlə inkişaf edən ölkələr olduğu, qazanılan uğurların dünya ictimaiyyətinə çatdırılması üçün AZƏRTAC və Yonhap-ın əməkdaşlığının əhəmiyyəti qeyd edilib.
Hər iki agentliyin etibarlı xəbər mənbəyi kimi tanınması, xüsusən multimedia və videoxəbər sahəsində qazanılmış təcrübə ölkələrimizin təbliği üçün yaxşı imkanlar yaradır. Bu barədə danışan səfir Kim Çanq-gyu mövcud potensialın ölkələrimizin təbliği üçün əlverişli şərait yaratdığını bildirib və əməkdaşlığın genişləndirilməsinə əlindən gələn köməyi göstərəcəyini vurğulayıb.
Azərbaycan və Koreya dillərinin Altay dil ailəsinə mənsub olduğunu diqqətə çatdıran Kim Çanq-gyu həm Koreya hökumətinin, həm də şəxsən özünün bu xalqlar arasındakı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28

