/ / Nərgiz Paşayeva: Belə cəmiyyətin varlığı ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir, daha sağlam, daha davamlı edir
Nərgiz Paşayeva: Belə cəmiyyətin varlığı ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir, daha sağlam, daha davamlı edir
30.01.2016 [10:33]
İngiltərə-Azərbaycan Cəmiyyətinin Londonda ənənəvi illik yığıncağı keçirilib
Londonda Böyük Britaniya parlamentinin ictimai-siyasi dinləmələr məkanı olan məşhur “Ettli” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik yığıncağı keçirilib. Qeyd edək ki, bu zalda vaxtaşırı Birləşmiş Krallığın daxili və xarici siyasətində mühüm əhəmiyyət kəsb edən müxtəlif məsələlər müzakirə edilir. Onu da deyək ki, bu zaldan istifadə hüququ inzibati qaydada yalnız parlamentin Nümayəndələr Palatasının üzvlərinə məxsusdur.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva, Cəmiyyətin Böyük Britaniya tərəfdən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya parlamentinin üzvləri, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri, yerli və xarici iş adamları, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı cari ildə Cəmiyyətin idarə heyətinin tərkibinin müəyyən edilməsi üçün namizədlər səs verməyə təqdim olunub. Səsvermənin nəticəsinə əsasən, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədri isə Lord German bu vəzifəyə yenidən seçiliblər. Sonra İcraiyyə Komitəsinin tərkibi təsdiq olunaraq onun üzvlüyünə beynəlxalq səviyyədə tanınmış 3 nəfər nüfuzlu iş adamının namizədliyi əlavə olunub. Komitəyə yeni seçilmiş şəxslər nüfuzlu beynəlxalq şirkət olan “KCA Deutag”ın təmsilçisi, neft və qaz sənayesində 20 illik təcrübəsi olan Rodriqo Rendon, “ITE Group plc” şirkətinin regional sənaye üzrə direktoru Daril Pousi, habelə Qafqaz və Mərkəzi Asiya üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkətinin baş eksperti, təcrübəli iş adamı Deyvid Skillzdir.
İllik yığıncağı açan Cəmiyyətin Britaniya tərəfdən həmsədri Lord German qurumun ötən il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətində əməyi olanlara minnətdarlığını bildirən Lord German hesabat ili ərzində Cəmiyyət tərəfindən nəzərdə tutulan bütün layihələrin müvəffəqiyyətlə həyata keçirilməsindən danışıb. O, Böyük Britaniya ilə Azərbaycan arasında mədəni, humanitar və təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycana maraq göstərən britaniyalıları Cəmiyyətin fəaliyyəti ilə tanış edib. Lord German həmsədr kimi Nərgiz xanımla işləməkdən şərəf və məmnunluq duyduğunu bildirərək qazanılan nailiyyətləri və Cəmiyyətin danılmaz nüfuzunu əsas amil kimi qeyd edib.
Sonra söz Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya verilib. Tədbir iştirakçılarını salamlayan N.Paşayeva Cəmiyyətin fəaliyyətinə töhfə verən və onun işinə kömək göstərən hər kəsə minnətdarlığını bildirib. Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin ötən dövr ərzində əldə etdiyi zəngin təcrübəni qeyd edərək, xüsusilə 2015-ci ildə bu qurumun mədəniyyət, təhsil və xeyriyyə sahələrində bir sıra vacib layihələrə start verdiyini və bu layihələrin uğurla həyata keçirilməsindən məmnun olduğunu ifadə edib. Professor Nərgiz Paşayeva deyib: “Belə Cəmiyyətin varlığı ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir, daha sağlam, daha davamlı edir. İngiltərə-Azərbaycan Cəmiyyətinin yaranma tarixi 1997-ci ildən başlayır və gördüyünüz kimi, müəyyən mənada müstəqil Azərbaycanın yaşından bir az cavandır. İngiltərə müxtəlifliyi özündə ehtiva etməyi bacaran və tolerantlığı sözdə deyil, əməldə nümayiş etdirən və təsdiq edən böyük dövlətdir. Bir vətəndaş kimi mənim arzum budur ki, əlaqələrimiz möhkəmlənsin, vətəndaş cəmiyyətlərimiz daha sıx birləşə bilsin, bir-birini anlamağı bacarsın və Azərbaycan müstəqilliyini əbədi saxlasın. Azərbaycan nə deməkdir? Bu, böyük sualdır. Belə böyük sualın doğru cavabının kiçik hissəsini belə əks etdirə biliriksə, özümüzü xoşbəxt sanırıq. Dünyada 50 milyona yaxın adamın danışdığı ana dilimizin bu gecə burada səslənməsi də təkcə simvolik xarakter daşımasın, mədəni simamızı, tarixi zənginliyimizi və milli potensialımızı gələcəkdə təbliğ etməyə yönəlsin”.
Tədbir çərçivəsində təşkil edilən mədəni proqramda Azərbaycan əsilli Britaniya vətəndaşları tarzən Babək Atəş, kaman ustası Aidə Məmmədova və istedadlı gənc pop müğənnisi Elyar Foksun ifasında milli musiqimiz və Avropa musiqi mədəniyyətindən nümunələr səslənib.
Bununla da İngiltərə-Azərbaycan Cəmiyyətinin illik yığıncağına yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24

