Milli Məclisdə İndoneziya parlamentinin nümayəndələri ilə görüş keçirilib
18.02.2016 [10:29]
Fevralın 17-də Milli Məclisdə İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan-İndoneziya əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. O, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
Əməkdaşlığın inkişafında səfirliklərin xidmətlərini yüksək qiymətləndirən Valeh Ələsgərov bu səfərin əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu deyib, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulayıb.
Milli Məclis sədrinin müavini qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, 1 milyondan çox azərbaycanlının doğma yurd-yuvasından didərgin düşdüyü diqqətə çatdırılıb. O, beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən sənədlərinə rəsmi Yerevan tərəfindən məhəl qoyulmadığını vurğulayıb.
Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah İndoneziyanın Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməyə böyük maraq göstərdiyini deyib. O, əlaqələrin yaxınlaşmasında parlament diplomatiyasının mühüm rol oynadığını vurğulayıb.
F.Hamzah İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bildirib. Qonaq İndoneziyanın bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. Nümayəndələr Palatasının sədr müavini İndoneziyanın Xocalıda insanlığa qarşı törədilmiş soyqırımını pislədiyini diqqətə çatdırıb, ölkəsinin dünyada bu soyqırımının tanınması istiqamətində əlindən gələni əsirgəmədiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

