İsveçdə keçirilən görüşlərdə Azərbaycandakı multikultural və tolerant mühitdən danışılıb
15.04.2016 [10:11]
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Uppsala şəhərində “Beynəlxalq Həyat Sözü” təşkilatının rəhbəri Kristian Akerhielm, habelə “Həyat Sözü” Kilsəsinin rəhbərliyi və icma üzvləri ilə görüşüb.
Görüşdə təşkilatın rəhbəri icmanın fəaliyyəti, beynəlxalq əlaqələri, gördüyü işlər haqqında məlumat verib. O qeyd edib ki, kilsə 1983-cü ildən fəaliyyət göstərir və təkcə Skandinaviya ölkələri deyil, bütün dünya üçün mərkəz rolunu oynayır. Kilsədə uşaq bağçaları və xristian məktəbləri, eyni zamanda, Bibliya məktəbinin fəaliyyət göstərdiyini bildirən Kristian Akerhielm vurğulayıb ki, MDB ölkələrində “Həyat Sözü” Kilsəsinin 200 minə yaxın üzvü və mindən çox kilsəsi var.
İlk dəfə 1994-cü ildə Azərbaycanda səfərdə olduğunu bildirən K.Akerhielm o zaman Ümummilli lider Heydər Əliyevlə görüşdüyünü və həmin tarixi görüşü böyük məmnunluq hissi ilə xatırladığını qeyd edib. Təşkilatın rəhbəri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk illərdə onlar Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardım göstəriblər. O, ölkəmizə səfərləri zamanı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafını müşahidə etdiyini, burada bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb.
Mübariz Qurbanlı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin, amma uğurlu inkişaf yolu keçdiyini, Ulu öndər Heydər Əliyevin başlatdığı siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın Qafqazın ən inkişaf etmiş respublikası olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, Azərbaycan ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkədir və burada tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanlar qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşayıblar. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir, hər il dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır.
Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək son günlərdə cəbhə xəttində baş verən hadisələr haqqında ətraflı məlumat verib.
Sonra Dövlət Komitəsinin sədri kilsənin sosial işlər üzrə mütəxəssisləri, qaçqınlar üzrə məsul şəxsləri Eva Mobek və Yane Blum ilə görüşüb. Mübariz Qurbanlı kilsə ərazisində olan qaçqın düşərgəsinə gedərək Suriyadan olan qaçqın türkmənlərin yaşayış şəraiti ilə yaxından maraqlanıb.
Dövlət Komitəsinin sədri Uppsala şəhərindəki məscidi ziyarət edərək müsəlman icmasının nümayəndələri ilə də görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

