Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezidentin mətbuat katibi: Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb

Prezidentin mətbuat katibi: Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb

15.04.2016 [10:12]

Aprelin 14-də bəzi media orqanlarında İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü olması barədə məlumat yayılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumata münasibət bildirən Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib: “Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan Prezidenti çay içərkən Cəmiloğlu və Çubarov Prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31