ABŞ hazırkı şəraitdə ehtiyatlı davranmağa çalışır
30.04.2009 [17:34]
Dünyada və Türkiyədə böyük həyəcanla gözlənilən hadisə, nəhayət ki, baş verdi. Daha doğrusu, ABŞ-ın yeni prezidenti Barak Obama aprelin 24-də məlum çıxışını etdi. Bu çıxışın xüsusi maraqla gözlənilməsinə səbəb Obamanın 1915-ci il hadisələrinə necə qiymət verəcəyi ilə bağlı idi. çünki o, prezident seçkiləri ərəfəsində qondarma “erməni soyqırımı”nı tanıyacağını vəd etmişdi. Lakin aprelin 24-ü ərəfəsində Türkiyə ilə Ermənistan arasında danışıqların aparılması Ağ Evin indiki sahibinin “soyqırımı” kəlməsini işlətməyəcəyi qənaətini yaratmışdı. Bununla belə, gözləntilər özünü doğrultmadı. Daha doğrusu, Barak Obama erməni dilində “soyqırımı” ifadəsinə bərabər olan “böyük fəlakət” ifadəsini işlətdi.
Beləliklə, seçkiqabağı ermənilərə verdiyi vədin üstündən sükutla keçməyə cəsarət etməyən Obama “böyük fəlakət” ifadəsini işlətməklə mövcud ABŞ hakimiyyətinin mövqeyini ortaya qoymuş oldu. Təbii ki, ABŞ prezidentinin bu mövqeyi rəsmi Ankara tərəfindən ciddi etirazla qarşılanıb. Həm prezident Abdullah Gül, həm baş nazir Rəcəb Tayyib Ərdoğan, həm də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Barak Obamanın “böyük fəlakət” ifadəsini işlətməsini qəbuledilməz hal kimi dəyərləndiriblər.
Əslində Türkiyə tərəfinin bu etirazları tamamilə başadüşüləndir. Ən azı ona görə ki, Türkiyənin bu günə qədər nümayiş etdirdiyi mövqeyin əksinə olaraq, Ermənistan nə ərazi iddialarından, nə də ki, “soyqırımı” məsələsində bir addım da olsun geri çəkilməyib. Əksinə, Ermənistanın hakim dairələri Türkiyənin qeyd-şərtsiz sərhədləri açmağa borclu olduğunu iddia edirlər. Bundan başqa, işğalçı dövlət Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir. Ağ Evin indiki sahibi isə bütün bunları görməzlikdən gələrək erməniləri qane edəcək açıqlama verməyi üstün tutdu. Bəs, Barak Obamanın bu cür mövqe sərgiləməsinin arxasında hansı amillər dayanır?
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Obamanın “soyqırımı” məsələsinə məhz bu cür yanaşması ABŞ-ın hazırkı şəraitdə ehtiyatla davranmağa çalışsasından xəbər verir: “çünki, o, seçkiqabağı ermənilərə verdiyi vədi tamamilə unuda bilməzdi. Əslində, ABŞ prezidenti məsələyə bu cür yanaşmaqla məsuliyyəti ermənilərin öz boynuna qoydu. Və beləliklə də vəziyyətdən çıxdı”.
Bununla yanaşı, millət vəkili hesab edir ki, ermənilərin uydurma “soyqırımı”na qarşı ən ciddi əks-arqumaent Dağlıq Qarabağ məsələsidir: “Artıq neçə illərdir ki, erməni diasporası “soyqırımı”nı tanıtmaq üçün ciddi iş aparır. İndi biz sübut etməliyik ki, bu, siyasi məqsədlər naminə ortaya atılmış uydurma ideyadır. Artıq neçə illərdir ki, Azərbaycanın 20 faizə yaxın ərazisi Ermənistan tərəfindən işğal olunub və bu günə qədər yüzlərlə, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. Xocalıda isə bizim insanlara qarşı dünya tarixində analoqu olmayan barbarlıq törədilib. Biz bu həqiqətləri dünyaya çatdırmalıyıq və göstərməliyik ki, əslində, ermənilər yox, türklər zaman-zaman soyqırımlarına məruz qalıblar. Və Türkiyənin öz tarixində də bu qəbildən olan soyqırımları yetərincədir. Bu isə “erməni soyqırımı”na qarşı ən ciddi əks-arqumentdir”.
BAHAR
Xəbər lenti
Hamısına baxHadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25

