Gənclər tolerantlığın Azərbaycan modelini yüksək qiymətləndiriblər
26.04.2016 [09:21]
Hər bir hökumət mədəniyyətlərarası dialoqun geniş təbliğ olunmasının qarşısını alan problemləri araşdırmalıdır. Biz BMT-nin Sivilizasiyalar Alyansının məqsədlərinin milli səviyyədə geniş yayılması üçün yollar axtarmalıyıq. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasına bariz nümunədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 25-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: Dinlərarası perspektivlə bağlı məqsəd və çağırışlar” mövzusunda əməkdaşlıq toplantısında səsləndirilib.
Hər bir hökumətin innovasiyalara açıq olmasının əhəmiyyətinə toxunan Bruneyin Gənclər Şurasının nümayəndəsi Xeyrənisa Aşhari texnologiyanın inkişafın yollarını diktə etdiyini bildirib.
Toplantıda çıxış edən gənc natiqlər vətəndaş cəmiyyətlərinin mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üçün fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, özəl sektor gənclərin təhsilinə maliyyə yardımının ayrılması üçün səyləri artırmalıdır. Gənclərin təhsili, biliklərə yiyələnmələri indi həmişəkindən daha önəmlidir. Müasir dünyada dinlərarası fərq aradan qaldırılmalıdır.
Malayziyanın müsəlman cəmiyyətinin ölkə üzrə direktoru Aizat Şəmsəddin gəncləri dini münaqişələrin aradan qaldırılması üçün yolları araşdırmağa çağıraraq deyib: “Biz insanlara tolerantlığı, bərabərliyi, dini dözümlülüyü aşılamalıyıq. Gənclər dinlərarası dialoqa fəal cəlb olunmalıdır. Müxtəlif xalqlardan olan nümayəndələr fikirlərini paylaşmaqla həll yolunu tapa bilərlər. Bunun üçün yaxşı nümunə var. Bu, Azərbaycanın tolerantlıq modelidir”.
Digər çıxış edənlər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyini yüksək dəyərləndirib, ölkələrinə qayıdarkən müzakirə olunan məsələlərin və qeyd etdikləri əsas fikirlərin onların gələcək işlərinə töhfə verəcəklərinə ümidvar olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

