Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu
28.04.2016 [10:20]
Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu çərçivəsində “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu” mövzusunda bölmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov deyib ki, dövlətimiz tərəfindən əsrlər boyu sülhlə harmoniya şəklində uzunmüddətli multietnik mədəni müxtəliflik qorunaraq saxlanılıb. Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində multikulturalizm Azərbaycanda mühüm prioritetlərdən birinə çevrilib. Multikultural cəmiyyətimiz bizim əsas üstünlüklərimizdən biridir. Biz bunları dəyərləndirir və qoruyuruq. Prezident İlham Əliyev multikultural cəmiyyət modelini yeni dəyərlərlə zənginləşdirir. Eyni zamanda, Heydər Əliyev Fondu tolerantlıq və multikulturalizm ənənələrinin davam etdirilməsində çox böyük işlər görür. Fond bu istiqamətdə uğurlu layihələr həyata keçirir, multikulturalizmi ölkəmizin sərhədlərindən kənarda təbliğ edir.
Sosial və Siyasi Elmlər İnstitutunun Avropa Elmləri şöbəsinin müdiri Aleksandr Nesterov multikulturalizmin insanlar tərəfindən qavranılan dəyərlərdən ibarət bir sistem olduğunu vurğulayaraq müxtəlif ölkələrdə mədəniyyətlərin səviyyəsini müəyyənləşdirmək üçün identikliyin mühüm rol oynadığını bildirib. O, multikultural cəmiyyətin yaradılmasında ailənin, təhsilin, tolerantlığın rolunu, Azərbaycanda hökm sürən multikultural mühiti yüksək qiymətləndirib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə reallaşan yay və qış məktəblərinin avropalı tələbələr üçün böyük təcrübə olduğunu deyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya filialının direktoru Sandro Teti, Drezden filialının icraçı direktoru Birgit Veissgerber, Lusofona Sosial Elmlər və Texnologiya Universitetinin beynəlxalq əlaqələr fakültəsinin direktoru Teresa Damasio çıxışlarında Azərbaycandakı multikultural ənənələri və bunların qorunması istiqamətində indiyədək görülən işlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Onlar xalqların mədəni köklərinin, multikultural dəyərlərinin qədim ədəbi-tarixi mənbələrdə axtarmaq işinə diqqət yetirilməsinin vacibliyini bildiriblər. Onlar ölkəmizdə həyata keçirilən beynəlxalq yay və qış məktəbinin fəaliyyətini yüksək qiymətləndiriblər. Bu məktəblərin əcnəbi tələbələri Azərbaycanın multikultural ənənələri ilə yaxından tanış olmaları üçün əvəzsiz fürsət olduğunu deyiblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirib ki, bölmə iclasında iştirak edən qonaqlar Azərbaycan multikulturalizminin örnəklərini və dəyərlərini gənclərə, müxtəlif cəmiyyətlərin üzvlərinə yayan səxavətli insanlardır. Kamal Abdullayev vurğulayıb ki, Azərbaycan multikulturalistləri artıq tək deyillər. Onların yanında sədaqətli dostları toplaşır və bu cür formalaşma prosesi bizi daha da ruhlandırır.
Dövlət müşaviri multikulturalizmin hazırda Azərbaycanda dövlət siyasətinə çevrildiyini xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında həmişə multikulturalizmin Azərbaycanın çox qiymətli sərvəti olduğunu vurğulayır. Bu gün Azərbaycan multikulturalizmi yalnız ölkəmizə işləmir. O vurğulayıb ki, Azərbaycan multikulturalizmini bərpa edilmiş məscidlərimizdə, sinaqoqlarımızda, kilsələrimizdə görürük. Azərbaycan multikulturalizmi öz əhəmiyyətini Vatikan katakombalarının, Fransa muzeylərinin bərpasında, Pakistanda məktəblərin tikilməsində göstərir. Bu işdə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrin böyük əhəmiyyəti var.
Kamal Abduallayev qeyd edib ki, Azərbaycanda məzhəb ayrılığı deyilən bir məsələ yoxdur. Bu gün Azərbaycanda vahid dövlət siyasəti var. Multikulturalizmə əsaslanan bu siyasət həm millətlərin, həm də dini icmaların problemlərini həll etməyə yönəlib.
Litvanın Təhsil Elmləri Universitetinin professoru Vidas Kavaliauskas əməkdaşı olduğu ali məktəbin tələbələrinin Azərbaycan multikulturalizmi ilə çox yaxından tanış olduqlarını deyib. Bildirib ki, tələbələr Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Xalqlar, dinlər arasında ədavətin aradan qaldırılması, birgə, mehriban yaşama prinsipinin təbliği və aşılanması baxımından Azərbaycan multikulturalizmi dünya ictimaiyyətinə örnək ola biləcək səviyyədədir. Azərbaycan bir çox xalqların yaşadığı məkandır. Bura İslam, xristian, yəhudi mədəniyyətinin birgə mövcud olduğu məkandır. O, həmçinin ölkəsindəki multikultural mühit haqqında da danışıb.
Multikulturalizm cəmiyyətlərində tolerantlığın diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini bildirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva filialının icraçı direktoru Natalia Krasovskaya Azərbaycanın təcrübəsinin bu baxımdan örnək olduğunu deyib. Qeyd edib ki, BMT-nin qarşıya qoyduğu əsas məqsədlərə çatmaqda Azərbaycanın multikulturalizm modeli digər dövlətlər tərəfindən də tətbiq oluna bilər. Belə bir modelin digər regionlarda tətbiqi yalnız müsbət nəticələr verəcək.
İclas işini mövzu ətrafında müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

