/ / İordaniyalı siyasətçi: Ermənistanın Azərbaycana ərazi iddiaları tarixin və həqiqətin saxtalaşdırılmasıdır
İordaniyalı siyasətçi: Ermənistanın Azərbaycana ərazi iddiaları tarixin və həqiqətin saxtalaşdırılmasıdır
29.04.2016 [10:02]
Tanınmış iordaniyalı siyasətçi, İordaniya Senatı Şurasının üzvü, Azərbaycan-İordaniya Parlament Dostluq Qrupunun sədri Muhammad əl-Suqur AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində deyib: “İordaniya və Azərbaycan qardaş və dost ölkələrdir, xalqlarımızı dərin dostluq telləri və əməkdaşlıq birləşdirir. Ölkələrimizin liderləri arasında çox möhkəm və dost münasibətlər də çox vacibdir. İordaniya Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə tam dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünün və Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin qaytarılmasının tərəfdarıdır”.
Muhammad əl-Suqur vurğulayıb: “Biz Azərbaycandakı vəziyyəti həmişə diqqətlə izləyirik, orada baş verən hadisələrdən, xüsusilə cəbhə xəttindəki son provokasiyalardan xəbərimiz var. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, danışıqlar prosesi və Azərbaycanın ədalətli mövqeyi, habelə Dağlıq Qarabağ münaqişəsinin artıq uzun illərdir davam etməsi, bütün cəhdlərə baxmayaraq həllini tapmaması haqqında kifayət qədər yaxşı məlumatlıyıq”.
Senatorun sözlərinə görə, BMT Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bir neçə qətnamə qəbul edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan qeyd-şərtsiz çıxarılmasını tələb edib. Siyasətçi deyib: “BMT Azərbaycanın tələbini dəstəkləyir və işğal edilmiş ərazilərin Azərbaycana məxsus olmasını tanıyır. Beynəlxalq hüquq normalarına və tarixi arxiv sənədlərinə müvafiq olaraq, Dağlıq Qarabağ və ona bitişik rayonlar tarixən Azərbaycanın ayrılmaz hissəsidir, Ermənistanın Azərbaycana ərazi iddiası isə tarixin və həqiqətin saxtalaşdırılmasıdır”.
Senator Azərbaycan Ordusunun Ermənistanın son provokasiyasına cavabını şərh edərək bildirib ki, Ermənistan Azərbaycana qarşı neçə illərdir təcavüzkar siyasət yürüdür və müntəzəm fitnəkar əməllər törədir. O, həmçinin qeyd edib ki, bu ayın əvvəlində Ermənistan silahlı qüvvələrinin provokasiyasına cavab olaraq Azərbaycan Ordusu işğal edilmiş ərazilərdən - tarixən Azərbaycana məxsus əzəli torpaqlarda yerləşən bir neçə mühüm strateji yüksəkliyi və yaşayış məntəqəsini qaytara bilib. Senator xüsusilə vurğulayıb ki, Ermənistan tərəfinin silahlı hücumuna qarşı Azərbaycanın cavab tədbirləri görməyə tam haqqı olub. Onu da demək yerinə düşər ki, Azərbaycan qarşıya qoyulan vəzifələri yerinə yetirmək iqtidarında olan güclü orduya malikdir. Senator deyib ki, bununla yanaşı, aydındır ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh siyasəti ilə nizamlanmasının tərəfdarıdır və bu, çox müdrik və uzaqgörən siyasətdir. Azərbaycan dövlətinin bu cür yanaşması BMT Təhlükəsizlik Şurasının dünyada mövcud olan bütün münaqişələri sülh yolu ilə həll etməyə çağıran Nizamnaməsinə tam müvafiqdir.
İordaniya senatorunun fikrincə, bu məsələnin sülh yolu ilə həlli Azərbaycanın mənafeyinə cavab verir, çünki siyasi həll tarixi bünövrəyə əsaslanır və Azərbaycanın zəbt edilmiş torpaqlarının geri qaytarılmasına dair ədalətli mövqeyini təsdiqləyir. Muhammad əl-Suqur deyib: “Bütün tarixi faktlar və beynəlxalq hüquq Azərbaycanın bu torpaqlar üzərində hüququnu təsdiqləyir. Düşünmürəm ki, Ermənistanda onların qonşu Azərbaycan ərazilərinə olan iddialarının qanuniliyini təsdiqləyən sənədlər olsun”.
İordaniyalı siyasətçi Azərbaycanın ədalətli mövqeyinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən yekdilliklə dəstəklənməsindən danışaraq bildirib ki, İƏT Ermənistanın təcavüzünü pisləyir və Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünün və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasının tərəfdarıdır. İordaniya Senatı Şurasının üzvü fikrini yekunlaşdıraraq deyib: “Bu, Azərbaycana siyasi dəstək göstərən ərəb və müsəlman ölkələrinin vahid mövqeyini təsdiqləyir”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

