/ / Siyavuş Novruzov: İtkin düşən insanların siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər təşkilatlara təqdim olunmalıdır
Siyavuş Novruzov: İtkin düşən insanların siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər təşkilatlara təqdim olunmalıdır
30.04.2016 [09:30]
“İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı təqdirəlayiqdir. Hesabatda bütün məlumatlar ətraflı şəkildə öz əksini tapıb. İstənilən şəxs, eləcə də millət vəkilləri Azərbaycanda insan alveri ilə bağlı bütün proseslərdən geniş şəkildə məlumatlıdır. Çünki bu cəmiyyətdə yaşayırıq və baş verən hadisələri müxtəlif mənbələrdən, mətbuatdan alırıq. Ölkəmizdə insan alverinə qarşı aparılan mübarizəni, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyətini yüksək qiymətləndirirəm”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun 2015-ci ilin hesabatının müzakirəsi zamanı deyib.
S.Novruzov bildirib ki, dünyada baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşmür. Onun sözlərinə görə, dünyada qaçqın axını, müharibələr, istiqadi böhran və digər amillər insan alverinin genişlənməsinə şərait yaradan əsas amillərdir.
“Azərbaycan dünyanın bir hissəsi olduğu üçün bu proseslərdən kənarda qalmır. Bu sahədə nə qədər insanın fəaliyyət göstərdiyini dəqiq bilmirəm. Amma hesab edirəm ki, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun işçilərinin sayı çoxaldılmalı və məsələyə olan nəzarət daha da gücləndirilməlidir. Burada uşaq hüquqlarından, onların məcburi əməyə, dilənçiliyə cəlb edilməsindən danışıldı. Biz bu cür hallara gündəlik həyatımızda rast gəlirik. Harda gəlir varsa, orada belə hallar ortaya çıxır. İstər gecə, istərsə də gündüz onlara rast gəlmək mümkündür. Belə halların qarşısının alınması üçün koordinatorun işçilərinin sayı çoxaldılmalıdır. Digər məsələ bu cür insanlarla bağlı reabilitasiya mərkəzlərinin açılmasıdır. Bizdə bu cür mərkəzlər var. Lakin onların sayı artırılmalıdır. Tez-tez televiziyalarda yayımlanan verilişlərdə sahibsiz uşaqların tapıldığını görürük. Onlar həmin uşaqları müəyyən sığınacaqlara yerləşdirməyə çalışırlar ki, orada yaşasın və təhsillərini davam etdirə bilsinlər. Hesab edirəm ki, bu işə həm Əmək və Əhalinin Sosial Müdafiəsi, həm Təhsil Nazirliyi, həm də digər sturukturların nümayəndələri cəlb edilməlidir. Belə uşaqların cəmiyyətə qoşulması, uyğunlaşması üçün müvafiq addımlar atılmalıdır. Buna geniş ehtiyac var” - deyən S.Novruzovun fikrincə, burada təbliğat məsələsinə də xüsusi yer verilməlidir. Millət vəkili deyib ki, bütün televiziya kanalları və digər KİV-lər bu məsələni diqqət mərkəzində saxlamalı, sosial reklamların, verilişlərin sayı artırılmalıdır.
İtkin düşmüş insanlarla bağlı məsələyə də toxunan S.Novruzov qeyd edib ki, KİV-lərdə bir sıra xarici ölkələrdə Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlıların daxili orqanlarının satılması haqqında məlumat yayılıb. Onun sözlərinə görə, I Qarabağ müharibəsində, eləcə də sonradan itkin düşənlərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər təşkilatlara təqdim olunmalıdır ki, onların axtarışları daha da gücləndirilsin. “Bununla bağlı Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Hesab edirəm ki, əsir və itkin düşmüşlərin bir hissəsi insan alverinin qurbanlarıdır. Bu gün Suriyada itkin düşənlər var və onların böyük hissəsi insan alverinin qurbanına çevirilirlər. Onların bir çoxunun daxili orqanları satılır və ya yetkinlik yaşına çatmayan qızlar əsir götürülərək müxtəlif ölkələrə satılır. Buna görə işimizi möhkəm qurmalıyıq. Bu işlə təkcə hüquq mühafizə orqanları deyil, bütövlükdə cəmiyyət məşğul olmalıdır. Cəmiyyət bu işdə dəstək olmalı, bu cür məlumatlar olduğu halda, hüquq mühafizə orqanlarına çatdırılmalıdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

