Dağıstan Respublikasının başçısı Azərbaycanda yaşayan həmvətənləri ilə görüşüb
13.05.2016 [10:13]
Dağıstanın Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycanda yaşayan həmvətənləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində keçirilib.
R.Abdulatipov Dağıstan və Azərbaycan xalqlarını hər hansı sərhədlərlə bölməyin qeyri-mümkün olduğunu qeyd edib. Onlar əsrlərlə yanaşı yaşayıb, bir-birinə dəstək verib, ortaq tarix, mədəniyyət və adət-ənənələri var. R.Abdulatipov Dağıstanın dirçəlişi, onun iqtisadiyyatının gücləndirilməsi işləri barədə danışıb.
Dağıstan rəhbəri bildirib ki, Dağıstan və Azərbaycanın heç bir həll edilməmiş problemi yoxdur, iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.
Qeyd edilib ki, Dağıstanın təklifi ilə Moskvada Rusiya xalqlarının ənənəvi mədəniyyəti Mərkəzi yaradılıb, həmçinin “Biz Rusiyanın çoxmillətli xalqıyıq” adlı layihə icra olunur. R.Abdulatipov Bakıda da bənzər mərkəzin yaradılmasına köməyini təklif edib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev qeyd edib ki, tarix boyu Azərbaycanda multikulturalizm prinsipləri, burada və qonşu ərazilərdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və hörmət olub. Azərbaycan və Dağıstan xalqları arasında mövcud olan dostluq münasibətlərini nümunə kimi qeyd edən K.Abdullayev xatırladıb ki, Azərbaycanı erməni təcavüzkarlarından müdafiə edən və döyüş meydanında həlak olanlar arasında dağıstanlılar da az deyil. Dövlət müşaviri bu əlaqələrin saxlanılması və inkişaf etdirilməsi siyasətində Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb. Ölkənin hazırkı rəhbərliyinin də prioritet vəzifə kimi bu yolu seçməsi qeyd edilib. Belə ki, bu gün Prezident İlham Əliyev Ulu öndərin siyasətinin layiqli davamçısıdır, cəmiyyətdə tolerant həyat tərzinin saxlanılmasına xüsusi diqqət yetirir.
“Samur” ləzgi qəzetinin redaktoru Sədaqət Kərimova, Milli dəyərlər və mədəniyyətlərin inkişafına dəstək üzrə “LARS” İctimai Birliyinin sədri Maqomed İsayev, “Alam” ləzgi jurnalının redaktoru Abir Tahirov, “Dərbənd” Xeyriyyə Cəmiyyətinin sədri Nurulla Əliyev rəhbərlik etdikləri strukturların fəaliyyətindən, gənc nəslin doğma dil, tarix və mədəniyyəti öyrənməsi üçün burada keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, diaspora Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, əcdadlarının ənənələrinə hörmətlə yanaşır, gənclərə öz tarixi köklərinə sevgi aşılayır. Mahaçqala və Bakıda mədəni tədbirlərin, yaradıcılıq gecələrinin keçirilməsinə ehtiyacın olduğu vurğulanıb.
R.Abdulatipov ləzgi və avar dillərində dərsliklərlə təminat probleminin həllinə kömək edəcəyini vəd edib.
Xatırladaq ki, Azərbaycanda Dağıstanın Mədəniyyət Günləri çərçivəsində qardaş ölkədən incəsənət ustaları, mədəniyyət xadimlərindən ibarət 250-dən çox adam gəlib.
Mədəniyyət günləri Zaqatala, Xaçmaz, Qusar rayonlarında da keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

