“Metsamor” AES ciddi regional fəlakətlərə səbəb ola bilər
17.05.2016 [10:11]
Ekspertlər “Metsamor” AES-in region üçün aşkar təhlükə mənbəyi olduğunu diqqətə çatdırırlar
Sirr deyil ki, Ermənistandakı “Metsamor” atom elektrik stansiyası (AES) köhnə olması və zəruri təhlükəsizlik tələblərinə cavab verməməsi səbəbilə ciddi regional fəlakət mənbəyi olaraq qalır. Ermənistan bütün alternativ imkanlardan imtina edərək təhlükəli “Metsamor” stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Digər tərəfdən, “Metsamor” AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə “çirkli bomba”ların hazırlanması və istifadəsi riski kifayət qədər ciddiləşir.
Yeri gəlmişkən, bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop Metsamor” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqer change.org saytında “Metsamor” AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib. Əlavə olaraq sosial şəbəkələrdə - “Facebook” və “Twitter”də “Stop Metsamor!” kampaniyasının xüsusi səhifələri yaradılıb. Fəallar beynəlxalq ictimaiyyəti “Metsamor” AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırırlar.
Öz növbəsində, ekspertlər də “Metsamor” AES-in region üçün aşkar təhlükə mənbəyi olduğunu diqqətə çatdırırlar. Milli Məclisin deputatı Zahid Oruc deyib ki, Ermənistan sovet dövründən qalmış mirasa sahib durub və “Metsamor” AES-in çirkli tullantılarının axıdılması hesabına su ehtiyatları zəhərlənib. Onun sözlərinə görə, “Metsamor” regionun altına qoyulmuş bir bombadır. Sovetlər birliyi dağılandan sonra Ermənistan bu stansiyanı silah kimi əlində saxlamağa çalışır.
“Bugünkü reallıqda isə xüsusi radioaktiv maddələri özündə saxlayan reaktorların köhnə materiallardan olması ilə bağlı dəfələrlə xarici mütəxəssislər həyəcan təbili çalıblar ki, hər an regionda bu cür radioaktiv şüalanmalar yayıla və ikinci Çernobıl faciəsi təkrarlana bilər. Hazırda Ermənistan Metsamor AES-i özünün bir nüvə silahına çevirib, nəinki bir enerji mənbəyinə”, - deyə Z.Oruc qeyd edib.
Milli Məclisin deputatı Elman Məmmədov isə diqqətə çatdırıb ki, “Metsamor” atom elektrik stansiyasının ciddi təhlükə mənbəyi olması kimsəyə sirr deyil. Onun sözlərinə görə, hazırda bu AES-in fəaliyyətinin dayandırılması ilə bağlı səsləndirilən tələblər tam haqlıdır. Zaman-zaman müxtəlif xarici ekspertlər, həmçinin ölkəmizin təmsilçiləri mövcud təhlükə ilə bağlı xəbərdaredici fikirlər səsləndiriblər: “Lakin Ermənistan AES-in region üçün təhlükə mənbəyi olması faktını qulaqardına vurur. Bu azmış kimi, stansiyanın fəaliyyət müddətinin 2016-cı ildə başa çatması nəzərdə tutulsa da, Ermənistan hökuməti AES-in istismar müddətini bir qədər də uzatmaq qərarına gəlib. Bu da, öz növbəsində, regionda güclü radiasiya təhlükəsi ilə bağlı narahatlığı daha da artırıb. Azərbaycan da “Metsamor” AES-in fəaliyyətini davam etdirməsinə dəfələrlə rəsmi şəkildə və ictimaiyyət səviyyəsində etirazını bildirib, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edilib. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdırlar”.
Politoloq Elşad Mirbəşir isə bildirib ki, ekspertlərə və bütövlükdə dünya ictimaiyyətinə bəllidir ki, “Metsamor” AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib: “Digər tərəfdən, sözügedən AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. Ötən müddət ərzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir”.
Politoloq onu da vurğulayıb ki, nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistan xüsusi rol oynayır: “Qonşu dövlətlərin ərazisində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunub. Bütün bunları nəzərə alaraq beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməli, bu məqsədlə təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdırlar”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

