Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
07.06.2016 [10:08]
İyunun 6-da Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər deputatlar iştirak ediblər.
Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov bildirib ki, gündəliyə “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Zenit Aran Oil Company Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında məsələ daxil edilib.
İclasda Valeh Ələsgərov Saziş barədə geniş məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2016-cı il martın 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Zenit Aran Oil Kompani Limited” (“Zenit”) və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında Saziş bağlanıb. Sənədə əsasən, SOCAR-a dövlətin mənafelərini təmsil etmək səlahiyyəti verilir. Podratçı tərəflərin iştirak payları ONŞ üçün 20 faiz, “Zenit” üçün 80 faizdir.
Qeyd edilib ki, podratçı tərəflər kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini öz üzərinə götürürlər. Podratçı Sazişin qüvvəyə minmə tarixindən sonrakı 150 gün ərzində blokun bərpası və hasilatı planının layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir. Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində SOCAR yazılı şəkildə podratçıdan bu proqrama hər hansı dəyişikliklərin olunmasını tələb etməsə, proqram təsdiq olunmuş sayılır. Kontrakt bərpa sahəsi üçün işlənmə və hasilat dövrü bərpa və hasilat proqramının təsdiqi tarixindən başlayır və 25 il ərzində davam edir. Neft-qaz əməliyyatlarının aparılması üçün iş yerlərinin Azərbaycan vətəndaşları ilə komplektləşdirilməsi sazişin qüvvəyə minmə tarixindən mühəndis-texniki işçilər üzrə 70 faiz, fəhlə heyəti üzrə 90 faiz təşkil edir. Bu göstərici beş ildən sonra isə müvafiq olaraq 90 və 95 faiz olacaq. Podratçı bu sahədə Azərbaycan vətəndaşlarına peşə öyrədilməsini təmin etməlidir.
Sənəddə, həmçinin torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar əksini tapıb.
Müzakirələrdə komitə sədrləri Eldar İbrahimov, Səməd Seyidov, deputatlar Mirkazım Kazımov, Çingiz Qənizadə, Bəxtiyar Əliyev, Elman Nəsirov, Zahid Oruc, Asim Mollazadə, Hikmət Məmmədov, Kamran Nəbizadə Saziş barədə fikirlərini söyləyiblər. Bildirilib ki, ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək sənəd Azərbaycan vətəndaşlarının maraqlarının təmin edilməsi baxımından da böyük əhəmiyyətə malikdir.
Tədbirdə komitə sədri Valeh Ələsgərov və SOCAR prezidenti Rövnəq Abdullayev deputatların suallarını cavablandırıblar.
İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

