Tatyana Zemlinski: Azərbaycan uğrunda hər şeyə hazırıq
07.06.2016 [10:10]
Dünya Azərbaycanlılarının IV Qurultayı, Prezident İlham Əliyevın tədbirin açılış mərasimindəki tarixi nitqi bütün dünyada yaşayan azərbaycanlıları vahid məqsəd ətrafında daha sıx birləşdirəcək.
Bu sözləri AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə müsahibəsində “Viktoriya” Avstraliya Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti xanım Tatyana Zemlinski deyib.
Dünya Azərbaycanlılarının növbəti Qurultayının böyük əhəmiyyətə malik olduğunu vurğulayan T.Zemlinski bildirib ki, diaspor quruculuğu sahəsində son illər Avstraliyada da mühüm uğurlar qazanılıb. Azərbaycan səfirliyinin Avstraliyada 2013-cü ildə açıldığını xatırladan Assosiasiya prezidenti deyib ki, məhz səfirliyin apardığı məqsədyönlü iş sayəsində Yaşıl qitədəki Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilib. Bu gün Avstraliyada yaşayan azərbaycanlılar ümumi amallar naminə sıx birləşiblər. Diasporumuz, o cümlədən Avstraliyada yaşayan azərbaycanlıların diaspor təşkilatları Azərbaycanın haqq səsinin eşidilməsində, onunla bağlı həqiqətlərin yayılmasında fəal çalışır. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi bütün diaspor təşkilatları üçün əsl istiqamətverici əhəmiyyətə malikdir. Prezidentin nitqi diaspor təşkilatlarımız qarşısında duran vəzifələri müəyyən etməklə yanaşı, gənc Azərbaycanın artıq qüdrətli dövlətə çevrildiyini bir daha təsdiq etdi.
Rəhbərlik etdiyi təşkilat barədə məlumat verən T.Zemlinski burada əslən Azərbaycandan olan bir çox xalqların nümayəndələrinin vahid ideya ətrafında sıx birləşdiyini deyib. “Milliyyətindən və dini etiqadından asılı olmayaraq, biz hamımız özümüzü azərbaycanlı sayırıq və Azərbaycan uğrunda hər şeyə hazırıq”, - deyə o vurğulayıb. İyunun 11-də Melbrunda Assosiasiyaya məxsus “Azərbaycan evi”nin açılış mərasiminin keçiriləcəyini bildirən təşkilatın sədri Avstraliyada yaşayan bütün azərbaycanlıların həmin günü səbirsizliklə gözlədiyini vurğulayıb. Bildirib ki, bu ev hamımız üçün əziz olan Azərbaycanın uzaq Avstraliyada doğma guşəsinə çevriləcək.
Azərbaycanın böyük beynəlxalq tədbirlərin, musiqi və idman yarışlarının keçirildiyi mərkəzə çevrildiyini qürurla qeyd edən T.Zemlinski “Formula-1” Avropa Qran-prisini izləmək üçün ailəliklə Bakıya səfərə hazırlaşdıqlarını da söyləyib. O deyib: “Biz fəxr edirik ki, özünün inkişafı ilə dünya şəhərlərini kölgədə qoyan Bakı beynəlxalq yarışların yüksək səviyyədə təşkili sahəsində öndə gedir”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

