Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda konfrans keçirilib
16.06.2016 [09:20]
Dünən Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov açaraq bildirib ki, Ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi ilə həyata keçirdiyi tədbirlər Azərbaycanın keçmiş müttəfiq respublikaları arasındakı nüfuzunun artmasına səbəb olmuşdu. Onun sözlərinə görə, Ulu öndərin həmin dövrdəki fəaliyyəti müstəqil Azərbaycan üçün bir növ baza yaratmışdı: “Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini əldə etməsində də bu bazanın mühüm rolu olmuşdu. Müstəqilliyin qorunub saxlanması isə bilavasitə Heydər Əliyev şəxsiyyətinə xas qətiyyətin, prinsipiallığın və yüksək idarəçilik təcrübəsinin təntənəsi idi. Bu mənada Onun 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı böyük tarixi əhəmiyyət daşıyan hadisədir”.
Milli Məclisin deputatı, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib ki, Heydər Əliyev şəxsiyyəti bütün dövrlər üçün öyrənilməsi vacib olan məktəbdir: “Bu məktəb dövlət idarəçiliyinin zəngin təcrübə mənbəyidir. Bu təcrübə isə xalqa xidmət amalına söykənir. İnsanları dinləmək, duymaq, zamanında düzgün qərar vermək, ən çətin vəziyyətlərdən çıxmaq məharəti - bütün bunlar son dərəcə vacibdir. Heydər Əliyev əməli fəaliyyəti ilə təkcə bu vacibliyi rəhbər tutmurdu, eyni zamanda öyrədirdi”.
Ə.Amaşov çıxışında Ulu öndər Heydər Əliyevin jurnalistikanın missiyasına hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət medianın struktur və məzmun baxımından yenidən qurulmasına səbəb oldu. İlk növbədə söz və ifadə azadlığının konstitusion əsasları formalaşdırıldı. Ana qanunda təsbit olunmuş əsaslar hüquqi normativ bazanın həm təkmilləşdirilməsi, həm də beynəlxalq standartlara uyğun şəkildə yaradılması üçün çıxış nöqtəsinə çevrildi. Paralel olaraq həm cəmiyyətin informasiya tələbatının ödənilməsinə, həm də jurnalistikanın bu tələbata adekvat fəaliyyətinin təminatına diqqət yetirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Heydər Əliyevi ölkəsi və xalqı üçün böyük fədakarlıqlar edən, cəfalara qatlaşan tarixi lider kimi xarakterizə edib. Ulu öndərin miras qoyduğu irsin öyrənilməsinin zəruriliyini vurğulayan V.Səfərli istər rəhbərlik etdiyi qurumun, istərsə də digər təşkilatların bu mövzuda gerçəkləşdirdiyi tədbirlərin 15 İyun - Milli Qurtuluş Gününün mahiyyətini təbliğ etmək baxımından əhəmiyyətini əsaslandırıb.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli çıxışını Heydər Əliyev şəxsiyyətinin jurnalistikaya, ümumən media ictimaiyyətinə diqqət və qayğısını isbatlayan fikirlər üzərində qurub.
Konfransda həmçinin Azərbaycan Mətbuat Şurasının və Saatlı rayon İcra Hakimiyyətinin 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqənin qalibləri də mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

