/ / Milli Məclisdə Azərbaycan ilə AŞPA arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb
Milli Məclisdə Azərbaycan ilə AŞPA arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb
17.06.2016 [10:07]
İyunun 16-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
Sədr deyib ki, Milli Məclis AŞPA ilə münasibətlərin inkişafında və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır. O, səfər çərçivəsində keçirilən görüşlərin ölkəmizlə AŞPA arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı hörmətə söykənməli və hər iki tərəfin maraqlarına cavab verməlidir.
Görüşdə bildirilib ki, həmməruzəçilərin bu səfəri faktaraşdırıcı xarakter daşımaqla yanaşı, həm də 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə keçiriləcək təkrar seçkiləri müşahidə etmək missiyası daşıyır.
Oqtay Əsədov bir müddət əvvəl Stefan Şennakın ölkəmizə səfər etdiyini və keçirdiyi görüşü xatırlayaraq bölgədəki vəziyyət barədə ətraflı məlumat almaq və obyektiv hesabat hazırlamaq üçün bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Sezar Florin Preda Monitorinq Komitəsinin həmməruzəçisi kimi ölkəmizə ilk dəfə səfər etdiyini, ancaq buna qədər bir neçə dəfə Bakıda olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşünü və birinci Avropa Oyunlarında ailəsi ilə birgə iştirakını məmnunluqla xatırlayıb. Qonaq demokratik dəyərlərin təcəssümü olan Azərbaycan parlamentində olmasından və səfər zamanı keçirilən görüşlərdən məmnun qaldığını söyləyib.
Stefan Şennak AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi kimi Azərbaycana son səfəri zamanı hazırladığı hesabatın təşkilat tərəfindən yekdilliklə qəbul olunduğunu bildirib.
Nümayəndə heyətinin üzvləri AŞPA ilə əməkdaşlığın dərinləşməsinə verdiyi dəstəyə görə Azərbaycan parlamentinə təşəkkür ediblər.
* * *
Həmin gün AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisin Assambleyadakı nümayəndə heyətinin üzvləri ilə də görüşüblər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizlə Avropa Şurası arasında uzun illərdən bəri davam edən səmərəli və konstruktiv əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
S.Seyidov qonaqlara həmməruzəçi missiyasından başqa həm də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkini müşahidə etmək missiyasını həyata keçirdiklərinə görə təşəkkür edib. O, Monitorinq Komitəsində Azərbaycanla bağlı keçirilmiş son müzakirələri yüksək qiymətləndirib və bunu uğurlu işin nəticəsi kimi dəyərləndirib.
Sezar Florin Preda və Stefan Şennak iyunun 15-də Prezident İlham Əliyevlə keçirdikləri görüşdən məmnunluqlarını bildirib və Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiriblər.
Görüşdə Azərbaycan ilə AŞPA arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35

