/ / Deputat: Prezidentlərin Sankt-Peterburq görüşü münaqişənin həlli üçün irəliyə doğru bir addımdır
Deputat: Prezidentlərin Sankt-Peterburq görüşü münaqişənin həlli üçün irəliyə doğru bir addımdır
22.06.2016 [10:13]
“Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəliyə doğru bir addım hesab edirəm”.
Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, hər bir görüşün münaqişənin həllinə hətta cüzi də olsa, töhfəsi olur: “Bu görüşlər də Qarabağın işğaldan azad edilməsinə bir töhfədir. Danışıqlar olmasa, münaqişənin həlli mümkün deyil. Münaqişənin həllinin iki variantı var: münaqişə ya hərb, ya da danışıqlar yolu ilə həll edilməlidir. Biz aprel döyüşlərində həm gücümüzü nümayiş etdirdik, həm də göstərdik ki, Azərbaycan xalqının bundan sonra 25 il də gözləmək niyyəti yoxdur. Ona görə də hər zaman destruktiv mövqedə olan Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün danışıqlar masasına cəlb olundu. Bu gün Ermənistanda böyük təşviş var, çünki Azərbaycan Ordusunun gücünü gördülər”.
M.İbrahimqızı bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü ilə bağlı mətbuatda detallı məlumat yoxdur: “Ancaq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli yol da odur ki, ilk növbədə, Dağlıq Qarabağ ətrafında olan 5 rayon azad edilməlidir, daha sonra da Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilməlidir. Hesab etmirəm ki, bu görüşdə problem tam həll olundu, amma istənilən halda bu görüşü münaqişənin həll olunması üçün irəliyə doğru bir addım hesab etmək olar”.
Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüquq səviyyəsində qəbul olunmuş qətnamələr, qərarlar çərçivəsində baxılmalıdır: “Ermənistan işğalçıdır və bütün sənədlərdə də Ermənistan silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması göstərilir”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

