Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
23.07.2016 [10:13]
İyulun 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib. Vasif Talıbov bildirib ki, muxtar respublikanın ümumi inkişafını xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 1 milyard 144 milyon manatı ötmüşdür. Onun hər bir nəfərə düşən həcmi isə 2 min 568 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin ilk 6 ayı ilə müqayisədə 4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu maddi istehsalın payına düşür ki, bu da iqtisadi sahədə əldə olunan nailiyyətlərin dayanıqlığının əsas göstəricisidir: “İqtisadi dayanıqlığın təmin edilməsində 2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən üçüncü dövlət proqramına əməl olunması da mühüm rol oynayır. Nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi nəticəsində bu gün muxtar respublikada iqtisadiyyat şaxələndirilmiş, kənd təsərrüfatı ilə yanaşı sənayenin də aparıcı rolu təmin edilmişdir. Sənayedəki nailiyyətlər məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhali tələbatının yerli məhsullar hesabına ödənilməsinə, xarici ticarət dövriyyəsinin artırılmasına, yekun nəticədə əhalinin rifah halının yaxşılaşmasına öz təsirini göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 3 faiz artaraq 511 milyon 840 min manatdan çox olmuşdur. Mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, istehsal prosesində müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması nəticəsində muxtar respublikada sənaye müəssisələrinin sayı 442-yə çatdırılmışdır. Yerli istehsalın inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur, 343 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Qeyd olunan dövrdə ümumi daxili məhsul istehsalında sənayenin payı 32 faiz təşkil etmiş, onun isə 96 faizi özəl bölmənin inkişafı hesabına əldə olunmuşdur”.
Daha sonra qeyd olunub ki, istehsal olunan sənaye məhsulunun 93 faizə qədəri emal müəssisələrinin payına düşüb: “Bu isə öz növbəsində sənaye müəssisələrini xammalla təchiz edən kənd təsərrüfatının inkişafının nəticəsidir. Bu gün kənd təsərrüfatının inkişafı ərzaq bolluğu, etibarlı ərzaq təminatı yaratmaq deməkdir”.
Məruzədə cari ilin birinci yarısında muxtar respublikada iqtisadiyyatın digər sahələrində də əldə olunmuş nailiyyətlərlə bağlı geniş məlumat verilib: “İlk 6 ayın yekunları onu deməyə əsas verir ki, 2016-cı ildə bundan əvvəlki ilə nisbətən daha yaxşı nəticələr qazanılacaqdır. Bunun üçün isə hər bir dövlət orqanı və qulluqçusu, hər bir vətəndaş üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli, muxtar respublikanın və Azərbaycanımızın gələcəyi naminə məhsuldar və səmərəli işləməliyik”.
Sessiyada Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov çıxış ediblər.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Konstitusiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilib.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)” haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik edib.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış üçüncü sessiyası öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

