Eldar İbrahimov: Bizim birlik və bərabərliyimizi heç bir qüvvə poza bilməz
28.07.2016 [10:08]
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirdi ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir. İndi bundan sonra bu ittihamları səsləndirənlər, görəsən, nəyə əsaslanıb belə əsassız, gülüş doğuran ittihamlarla çıxış edirlər? Bu adamların məqsədi, sadəcə, bulanıq suda balıq tutmaq və ya suyu bulandırmaqdır...”
“Modern.az” saytı xəbər verir ki, “gununsesi.info”nun suallarını Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Eldar müəllim, qardaş və dost Türkiyədə baş verən məlum 15 iyul hadisələri həm Türkiyə, həm Azərbaycan cəmiyyətində ciddi müzakirə mövzusu olaraq gündəmdə qalmaqdadır. Siz bu hadisələr barədə nə deyərdiniz - onu çevriliş, qiyam cəhdi hesab edirsiniz, yoxsa?..
- Həqiqətən də, Türkiyə bizə dost və qardaş ölkədir, biz, Ulu öndər Heydər Əliyev demişkən, “iki dövlət-bir millətik”, bizim kimi bu gün dünyada bir-birinə bu qədər yaxın olan ikinci dövlətə rast gələ bilməzsən. Türkiyənin sevinci bizim sevincimiz, Türkiyənin kədəri bizim kədərimizdir. Türkiyədə baş verən hadisələri də hər zaman diqqətlə və həssaslıqla izləyirik. Bu baxımdan, iyulun 15-də yaşanan qanlı hadisələri, bir qrup hərbçinin ötən əsrin 60, 70 və 80-ci illərində olduğu kimi, dövlətə, qanuni hakimiyyətə qarşı qiyama, çevrilişə cəhd hadisəsini çox narahatlıq və təəssüf hissi ilə izlədik. Türkiyə cəmiyyəti kimi biz də hələ bu hadisənin şokunu yaşayırıq. Çünki çox gözlənilməz və ağlagəlməz bir hadisə idi, kimsə Türkiyədə bir daha belə bir hadisənin yaşanacağını təxmin belə etməzdi. Türkiyə AKP hakimiyyəti dövründə çox inkişaf etdi, dünyanın ən inkişaf etmiş ölkələri sırasında yerini bərqərar etdi. Odur ki, yenidən Türkiyədə hərbi çevrilişə cəhdin yaşanacağı mümkünsüz görünürdü... Ancaq çox təəssüf ki, iyulun 15-i tarixində həm Türkiyə, həm Azərbaycan cəmiyyətini dərindən üzən hadisələr yaşandı.
Fikrimcə, tarix çətin ki, 15 iyulda qardaş Turkiyədə baş verən ağır və fəlakətli hadisəni unuda bilsin. Bu, sadəcə, mümkün deyil. Turkiyənin bağrına elə bir xəncər saplandı ki, hələ uzun zaman onun yarası qaysaq bağlamayacaq. Qanuni hökuməti, seçilmiş prezidenti devirmək üçün nədən bu qan töküldü? Kimlər bu xəyanəti hazırladı? Təkcə Fətullah Gülənmi? Bu sualların cavabı hökmən tapılacaq və qəsdə duranların cəzası hökmən veriləcək. Ordunun içərisindən ayrılan bir hissənin hökumətə qarşı çıxmasına, günahsız insanlara silah qaldırmasına heç bir bəraət, haqq qazandırmaq olmaz. Lakin Türk xalqının, Türkiyə cəmiyyətinin birliyi isbat edir və etdi ki, artıq silahla, bombalarla onu qorxutmaq, Türkiyəni təməl prinsiplərdən çəkindirmək mümkünsüzdür...
- Siz hakim partiyanı, belə demək mümkünsə, həm də hakimiyyəti təmsil edən tanınmış insanlardan birisiniz. Azərbaycan cəmiyyətinin bir qismi ölkə hakimiyyətini 15 iyul hadisələrinə gec reaksiya verməkdə, onu bir qədər gözləmə mövqeyi nümayiş etdirməkdə ittiham edir və bu ittihamlar daha çox da sosial şəbəkələrdə yer alır. Siz bu iddiaları necə, əsaslı sayırsınızmı?
- Tamamilə əsassız və həqiqətlə heç bir bağlılığı olmayan cəfəng fikirlər, ittihamlardır. Azərbaycan hakimiyyəti Türkiyədə yaşananlara ən çevik, ən düzgün reaksiya verən ölkə oldu. Çünki bunun əksini gözləmək də mümkün deyil. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti, Azərbaycan iqtidarı hər zaman bütün məsələlərdə Türkiyə dövləti, Türkiyə cəmiyyəti və onun səs verib hakimiyyətə gətirdiyi qanuni hakimiyyətin yanında yer alıb. Konkret olaraq, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlama verərək Prezident İlham Əliyevin Türkiyədə baş vermiş hadisədən ciddi narahat olduğunu və dövlət çevrilişi cəhdini qətiyyətlə pislədiyini bildirdi. O, açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gecə qardaş Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib. “Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib”, - deyə o, sonra bəyan etdi. Bunun ardınca Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Azərbaycan dövləti və dövlət rəhbərinin qətiyyətli, birmənalı mövqeyini bir daha səsləndirdi, Xarici İşlər Nazirliyi Azərbaycan dövlətinin adından rəsmi şəkildə Türkiyədəki çevriliş cəhdini pisləyən bəyanatla çıxış etdi. Bundan aydın, birmənalı mövqe, çevik reaksiya nə ola bilərdi? Və yaxud da dövlət başçısı Özü iyulun 18-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, bir daha Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bəyan etdi ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident həmçinin əminliyini ifadə etdi ki, Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirdi ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir. İndi bundan sonra bu ittihamları səsləndirənlər, görəsən, nəyə əsaslanıb belə əsassız, gülüş doğuran ittihamlarla çıxış edirlər? Bu adamların məqsədi, sadəcə, bulanıq suda balıq tutmaq və ya suyu bulandırmaqdır. Ancaq həmin adamlar bununla heç nəyə nail ola bilməyiblər və ola da bilməzlər. Onların çirkin niyyətləri baş tutmayıb və tutmayacaq. Əslində, onların Türkiyədə qiyama cəhd edənlərdən, qanuni hakimiyyəti qeyri-qanuni, zorakılıqla devirməyə çalışanlardan heç bir fərqi yoxdur. Qoy Allah belələrinə ağıl versin!
- Eldar müəllim, Türkiyədə yaşananları 1994-1995-ci illərdə Azərbaycanda baş verən hadisələrlə də müqayisə edənlər var. Yəni daha çox Ulu öndər Heydər Əliyevin həmin vaxt qiyam cəhdlərinin qarşısını necə qətiyyətlə dəf etdiyini, Onun xalqa müraciətini, 15 iyul qiyamının qarşısının alınmasında məhz həmin addımlardan yararlanıldığını iddia edənlərin, xatırladanların da sıraları genişlənməkdədir...
- Doğrudan da, Türkiyədə baş verən məlum hadisələr zamanı Azərbaycanda baş verən qiyam, çevriliş cəhdləri mənim də yadıma düşdü, gözümün önündən gəlib keçdi. Düzdür, o zaman qiyama cəhd edən cinayətkarlar cəzalandırıldı, Ulu öndər Heydər Əliyevin bir çağırışı ilə on minlərlə vətəndaşımız qanuni hökuməti qorumaq üçün Prezident sarayının qarşısına toplaşdı. Bu da onu sübut etdi ki, ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır və Ulu öndər Heydər Əliyevi Azərbaycan xalqı özünə rəhbər seçmişdi. Oxşar hadisələr də Türkiyədə baş verdi və Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti böyük dəstək qazandı. Bu isə dövlət çevrilişinin qarşısını alan əsas amillərdən biri oldu. Bu baxımdan hesab edirəm ki, qardaş ölkədə demokratiya və hüququn aliliyi tezliklə bərqərar olacaq. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün qurduğu dövlət gələcəkdə daha möhkəm, daha hürr yaşamağa layiqdir. Lakin onun yaratdığı Böyük Millət Məclisinin bombalanmasını da bu günlərdə ürək ağrısı ilə yad etməmək mümkün deyildir. Bu bombalar qanunun, demokratiyanın, insan hüquq və azadlıqlarının, türk xalqının tələb və istəklərini qoruyan müqəddəs bir ocağın üzərinə atıldı... Kimlər buna imza atdı, hansı ağılsız başlar buna qərar verdi? İnsanı içindən parçalayan, damarlarında qanını donduran belə iyrənc tərz Türkiyənin tarixinin heç bir dönəmində baş verməmişdi. Burada sıravi Türk əsgərinin günahlandırılması, toplum şəklində Türkiyənin bütün Silahlı Qüvvələrinin bəzi təxribatçı hədəflərə məruz qoyulması qəbuledilməzdir... Ancaq inanıram ki, Türkiyə bu günləri də geridə qoyacaq və öz sabitliyinə tam qovuşacaq, demokratiyanın, insan haqlarının, hüququn üstünlüyü qalib gələcək...
- Türkiyədə baş verən qiyam, çevriliş cəhdinin arxasında hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin, FETÖ-nün (Fətullahçı Terror Örgütün) dayandığı bildirilir...
- Bəli, qiyama, çevrilişə cəhdin ilk anından bunun arxasında Gülənin və örgütünün dayandığı vurğulanırdı. Hətta qiyama cəhddə iştirak edən yüksəkçinli hərbçilərin özləri də bir növ etiraf ediblər və yaxud onların Gülənə yaxınlığı heç kimdə şübhə doğurmur, bunu onların özləri də gizlətmir. Amma bir məsələ də var - axı necə oldu ki, FETÖ-çülər bütün dövlət orqanlarını, hətta Silahlı Qüvvələri bu dərəcədə bürüdü? Qəribədir ki, Prezident Ərdoğanın və Baş Qərargah rəisi Hulusi Akarın yavərləri də Fətullahçı çıxdı. Adamlar bu üst qatlara necə yüksələ bilmişlər? Türkiyə Prezidenti cənab Ərdoğan da bildirir ki, çevriliş barədə onu ilk məlumatlandıran yeznəsi olub. Bəs Prezidenti xəbərdar etməkdə Türkiyənin xüsusi xidmət orqanlarının gecikməsinə nələr və kimlər səbəb olmuşdu? Eyni zamanda, FETÖ-çülərin illərlə hazırlıq apararaq dövlət strukturlarına soxulmasının qarşısının vaxtında alınmaması gətirib belə bir faciəyə çıxardı. Axı bir-iki-beş deyil, minlərlə adamdan söhbət gedir... Söhbət ondan gedir ki, sadəcə, yetkili orqanlar və onların rəhbərləri öz işlərini layiqincə yerinə yetirməkdən uzaq düşübmüşlər.
Türkiyə hökuməti və parlamenti onlardan bunun hesabını sormalıdırlar və inanıram ki, bu, sorulacaq. Bir daha məlum hadisələrlə bağlı Türkiyəyə, Türkiyə cəmiyyətinə keçmiş olsun deyirik. Allah bir daha qardaş dövlətə belə ağır-sıxıntılı günlər yaşatmasın və qardaş dövlət, Türkiyə cəmiyyəti də arxayın, əmin olsun ki, onun xalq tərəfindən seçilən və xalqın böyük dəstəyini qazanan Ərdoğan kimi cəsarətli və müdrik Prezidenti var. Eyni zamanda, Azərbaycan dövləti və cəmiyyəti olaraq hər zaman onun yanındayıq. Bizim birlik və bərabərliyimizi heç bir qüvvə poza bilməz və bilməyəcək də.
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35

