Referendumla əlaqədar “Bələdiyyə” təşəbbüs qrupu yaradılıb
06.08.2016 [10:27]
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması ilə əlaqədar avqustun 5-də “Bələdiyyə” adlı təşəbbüs qrupunun yaradılması məqsədilə “Badamdar Hotel Baku”da geniş yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı Sərəncamla Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na ümumxalq səsverməsinin (referendum) təyin edildiyini bildirib. Qeyd edilib ki, ümumxalq səsverməsi üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaqlar keçirilib. Bugünkü tədbirdə təşviqat qrupunun yaradılması ilə əlaqədar təşəbbüs qrupunun formalaşdırılması üçün 69 ilkin təşəbbüs qrupundan 348 nümayəndə iştirak edir.
H.Hüseynov Referendum Aktı layihəsinə əsasən, Konstitusiyanın 23 maddəsinə dəyişiklik olunmasının, 6 yeni maddənin isə əlavə edilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, təklif olunan həmin 23 dəyişikliyin 16-sının, yəni, dörddə üçünün insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar olmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Yığıncağın keçirilməsi üçün yetərsay müəyyən edildikdən sonra sədr və katib seçilib, gündəlik səsə qoyularaq təsdiqlənib.
Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mahiyyətindən danışıb. Ə.Mehdiyev yığıncaq iştirakçıları arasında bələdiyyə üzvləri və qulluqçuları ilə yanaşı, bələdiyyələrin ərazisində yaşayan tanınmış şəxslərin də iştirak etdiklərini vurğulayıb. Assosiasiyanın sədri təşəbbüs qrupunun “Bələdiyyə” adlandırılmasını təklif edib.
Sonra Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov, Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, Şirvan şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Famil Zeynalov, Qax şəhər bələdiyyəsinin sədri Günel Məmmədova, Mingəçevir şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini Əli Əkbərli çıxışlarında referendumla bağlı maarifləndirmə işinin aparılmasının, həmçinin ümumxalq səsverməsində iştirakın əhəmiyyətini qeyd ediblər.
Çıxışlardan sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
Müzakirələr nəticəsində referendum üzrə tərkibi 25 nəfərdən ibarət “Bələdiyyə” təşəbbüs qrupunun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri seçilib. Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə təşəbbüs qrupu adından notariat qaydasında təsdiq edilmiş vəkalətnaməni imzalamaq hüququnun verilməsi barədə qərar qəbul olunub.
Sonda referendum üzrə “Bələdiyyə” təşəbbüs qrupunun yaradılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət göndərilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

