Hibrid müharibələri: XXI əsrin əsas təhlükələri
12.08.2016 [10:04]
Bəşəriyyətin “müharibə kültürü”ndən imtina etməsi bir zərurət olaraq qarşıda dayanıb. Alimlər dünyada barış və rifahın bərqərar olmasının yollarını arayırlar. İnsanlar təhlükəsiz həyat sürmək üçün əllərindən gələni etməyə çalışırlar. Lakin təəssüf ki, hələlik reallıq bütün bunların bir xəyal olduğunu təsdiqləməkdədir. Alimlərin təhlilləri göstərir ki, bir sıra dairələr nəinki müharibədən imtina etmək niyyətindədirlər, hətta onun yeni və daha təhlükəli növlərini icad edirlər. Bu zaman heç bir etik, psixoloji və mənəvi-siyasi sərhəd gözlənilmir. Savaşın bütün üsulları normal qəbul edilir. Həmin sırada hiber-informasiya savaş növünün yaratdığı təhlükələri ayrıca vurğulamaq lazım gəlir. Araşdırmalar göstərir ki, bu üsuldan Meksika, İraq, Əfqanıstan, Gürcüstan və Ukraynada istifadə edilib. O cümlədən Dağlıq Qarabağda da hibrid müharibənin elementləri tətbiq olunub. Bu, bizim üçün problemin aktuallığını göstərməklə yanaşı, həmin mövzuda ciddi tədqiqatlara olan ehtiyacı da göz önünə gətirir.
Siyasi və əxlaqi sərhədi olmayan savaş növü
Bəşəriyyət hələlik, təəssüf ki, “müharibə kültürü”ndən yaxa qurtara bilməyib. Əksinə, daha hiyləgər üsullarla açıq və ya gizli savaş metodlarından istifadə edilir. Müharibənin yeni incə növləri kəşf edilir, rəqibi məğlub etmək üçün əvvəllər müşahidə edilməyən vasitələrə əl atılır. Mütəxəssislər bu çərçivədə hibrid müharibələri adlanan savaşın yeni təzahür formasından daha çox bəhs etməkdədirlər. Bu, kifayət qədər mürəkkəb struktura və aparılma mexanizminə malik olan savaş üsuludur.
Adi gözlə onu müəyyənləşdirmək xeyli çətindir. Əksinə, məlumatsız insan özü də bilmədən həmin müharibənin iştirakçısına çevrilir. Özü də əksər hallarda düşmənin xeyrinə işləyir. Bunun üçün onun şüuruna əvvəlcədən müəyyən olunmuş və xüsusi məqsədlərə xidmət edən informasiyaları yeritmək kifayətdir. Sonrakı mərhələdə həmin informasiya tələsinin qurbanı kimi öz ölkəsinin, vətəninin və dövlətinin əleyhinə fəaliyyət göstərəcək. Hibrid müharibənin ən təhlükəli cəhəti də məhz bundadır (bax: məs., Qeorqiy Poçepüov. Qibridno-informaüionnaə voyna: osnovnıe xarakteristiki / “Media Sapiens”, 19 iyun 2016).
Qərb analitikləri hibrid müharibələrini münaqişələrdə çoxlu sayda hərbi və qeyri-hərbi dövlət alətlərinin kombinasiyası və istifadəsi kimi xarakterizə edirlər (bax: Qeorqiy Poçepüov. Rolğ informaüii v qibridnıx voynax / “Media Sapiens”, 20 sentyabr 2015). Onun səmərəliliyi informasiya əməliyyatlarının uğurluluğu ilə müəyyən olunur. Bunun üçün qeyri-müntəzəm savaş aparılmalı və koordinasiya olunmuş xüsusi əməliyyatlar həyata keçirilməlidir.
Beləliklə, hibrid müharibəsi özündə adi və qeyri-müntəzəm müharibənin bir neçə elementini birləşdirir, siyasi və hətta iqtisadi vasitələrin tətbiqini nəzərdə tutur. Ancaq onun uğurluluğu ilkin informasiya əməliyyatının təşkilindən asılıdır. Hibrid müharibənin təsiri müəyyən səviyyəyə çatdıqdan sonra xüsusi əməliyyat qrupu bundan istifadə edir (bax: əvvəlki mənbəyə).
Hibrid müharibənin belə bir təbiətə malik olması onun simasının yekcins olmadığını göstərir. Həmin tip savaşın məzmunu tez-tez dəyişir, o cümlədən informasiya aspektində sürətlə yeniləşən forma kəsb edə bilir. Bu səbəbdən hibrid müharibədə önləyici idarəetmə üsulu geniş tətbiq edilir ki, gələcək situasiyalar əvvəlcədən modelləşdirilir (bax: məs., Leon S. Fuerth. Anticipatory Governance Practical Upgrades / The George Washington University, oktyabr, 2012).
Bu, mühüm məqamdır, çünki önləyici reaksiya olmasa, habelə qabaqlayıcı modelləşdirmə həyata keçirilməsə, baş verənlərə reaksiya gecikər ki, bu da faktiki olaraq belə çevik savaş üsulunda məğlubiyyətə bərabərdir. Müasir mərhələdə baş verən bir sıra hadisələr həmin qənaətin əhəmiyyətini dərk etməyə imkan verir. Bəzən savaş meydanında silahla əldə edilən qələbə informasiya məkanında məğlubiyyətlə yekunlaşır. Nəticədə, kimin qalib gəldiyini müəyyənləşdirmək xeyli çətinləşir. Bu qeyri-müəyyənlikdən də rəqiblər ustalıqla istifadə etməyə çalışırlar. Xüsusilə maraqlı dövlətlər dolaşıq bir situasiya yaradırlar. Bütün bunlar hibrid müharibənin “kiçik iştirakçıları” üçün ciddi çətinliklər yaradır, onların cəmiyyətlərində apatiyaya səbəb ola bilir.
Cinayətkarlıq və narkoticarət: hibrid müharibənin elementləri
Onu vurğulayaq ki, ABŞ-da hibrid müharibələrindən ilk dəfə F.Hoffman və C.Mattis yazıblar (bax: Frank G. Hoffman. Hybrid Warfare and Challenges / “Joint Force Quarterly”, 2009, №52). Hər ikisi ABŞ silahlı qüvvələrində dəniz piyadası zabitləri olublar. F.Hoffman hibrid müharibənin konvergensiya xarakterli olduğunu, yəni özündə fiziki, psixoloji, kinetik və qeyri-kinetik, birbaşa savaşan və savaşmayan elementləri ehtiva etdiyini vurğulayır. Belə çıxır ki, hibrid müharibədə istənilən metoddan istifadə edirlər.
Çox düşündürücüdür ki, F.Hoffman hibrid müharibəni aparmaq üçün... cinayətkarlıqdan geniş istifadə edilməsinə xüsusi önəm verir (bax: məs., Leonid Savin. Qibridnaə voyna. Ob istokax konüepüii / “geopolitics.by”, 28 fevral 2015). O yazır ki, cinayətkarlığı hərbi nəzəriyyəçilər qəbul etmirlər. Çünki mədəniyyət istənilən cinayəti qınayır. Ancaq təcrübə təsdiqləyir ki, “cinayətkar və terror qrupları arasındakı əlaqələr özünü yaxşı sübut edib, narkotik maddələr qaçaqmalçılığı, insan alveri, soyğunçuluq və başqa vasitələrdən istifadə edən narkoterrorçu və transmilli təşkilatların inkişafının yerli və milli hökumətlərin legitimliyinin laxlamasında oynadığı rol kifayət qədər aydındır” (bax: əvvəlki mənbəyə).
Bunlar Əfqanıstanda faktiki olaraq hibrid müharibənin getdiyini birbaşa təsdiqləyir və burada narkotik maddələrin becərilməsi və yayılması prosesinin davam etməsinin səbəblərinə işıq salır. F.Hoffmanın fikirlərindən aydın olur ki, Əfqanıstanı Qərb bütün dünya üçün real təhlükə kəsb edən və qonşu ölkələrin təhlükəsizliyinə ciddi zərər vurmaq iqtidarında olan hibrid müharibənin mənbəyi qismində istifadə edir.
Buna görədir ki, həm bu zavallı ölkədə qan tökülməsi dayanmır, həm də qonşu regionlarda müxtəlif səviyyələrdə hibrid müharibənin elementləri özünü göstərir. Mütəxəssislər açıq yazırlar ki, Yaxın Şərqdə (xüsusilə də İraqda), İsraildə, Meksikada və digər ölkələrdə hibrid müharibə aparılıb. Bu üsuldan “Hizbullah” və “Həmas” da istifadə ediblər. Analitik M.Ayşervudun qənaətinə görə, Şimali Koreya və İran da hibrid müharibə aparmaq iqtidarındadırlar.
F.Hoffman 2008-ci ildə Rusiyanın Gürcüstanda belə bir müharibə üsulundan yararlandığını vurğulayır (bax: əvvəlki mənbəyə). Ukraynalı professor G.Poçeptsov isə Moskvanın Krımda hibrid müharibə üsulundan istifadə etdiyinə əmindir (bax: Qeorqiy Poçepüov. Rolğ informaüii v qibridnıx voynax / “Media Sapiens”, 20 sentyabr 2015).
Yuxarıda gətirilən faktlar təsdiqləyir ki, müasir mərhələdə hibrid müharibəsi geniş yayılmaqdadır. Bu prosesi sürətləndirən faktorlar sırasında informasiya texnologiyalarının intensiv inkişafını və kiberüsulların daha incə məzmun kəsb etməsini ayrıca göstərmək gərəkdir. Şübhə yoxdur ki, Cənubi Qafqazdakı münaqişələrdə də hibrid savaşın elementlərindən istifadə olunmaqdadır. Xüsusilə terror, narkotik maddələrin qanunsuz dövriyyəsi, müxtəlif növ cinayətkarlığın artması kimi hallar bu qənaətin doğruluğuna dəlalət edir.
Konkret olaraq, Dağlıq Qarabağda hibrid müharibədən necə istifadə edildiyi məsələsi ayrıca araşdırılmalıdır. Düşmənin havadarlarının belə bir imkanı olduğuna şübhə yoxdur. Bu kontekstdə Azərbaycanın aprel döyüşlərində əldə etdiyi uğurun tarixi əhəmiyyətini dərk etmək lazımdır. Ölkə rəhbərliyi çox incə və mahir üsullarla həm düşmənin hərbi təxribatının qarşısını aldı, həm də onun kiber-informasiya hücumunu dəf edərək, əks-zərbə endirdi. Lakin həmin məqamın daha geniş və dərin elmi təhlilə ehtiyacı olduğuna əminik. Çünki kökü keçən əsrin 90-cı illərinə gedib çıxan bu proses son illər daha mürəkkəb xarakter alıb.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

